Əsas səhifə » Fənərbağçanın rəqibi Feyenoord olub

Fənərbağçanın rəqibi Feyenoord olub

BAKI, AzerVoice

Fənərbaxça Çempionlar Liqasına 3-cü təsnifat mərhələsindən başlayacaq – rəqib Feyenoord

AzerVoice xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Fənərbaxça", bu mərhələdə Niderlandın "Feyenoord" komandası ilə qarşılaşacaq.

Sarı-lacivərtlilər İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın qərargahında keçirilən püşkatmada, sabiq futbolçusu Robin van Persie-nin baş məşqçi olduğu "Feyenoord" ilə üz-üzə gəlib.

İlk oyun 5 və ya 6 avqust tarixində Niderlandda, cavab qarşılaşması isə 12 avqustda İstanbulda baş tutacaq.

Feyenoord haqqında

Rotterdam təmsilçisi "Feyenoord", Niderlandın "Ajax" və "PSV Eindhoven"dan sonra ən çox çempionluq qazanan komandasıdır. Komandanın aktivində 16 liqa çempionluğu, 14 Hollandiya Kuboku və 5 Superkubok var.

Keçən mövsümün ikinci yarısında komandaya baş məşqçi təyin edilən Robin van Persie, "Feyenoord" ilə 11 liqa oyununda 8 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşayıb.

Fənərbaxça ilə əvvəlki görüşlər

Fənərbaxça ilə Feyenoord indiyədək biri yoldaşlıq olmaqla 5 dəfə qarşılaşıb.

İki komanda ilk dəfə 2002–2003 mövsümündə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində görüşüb. Feyenoord evdəki ilk oyunda 1:0, İstanbuldakı ikinci oyunda isə 2:0 qalib gələrək Fənərbaxçanı turnirdən kənarlaşdırmışdı.

2016–2017 mövsümündə isə UEFA Avropa Liqasında eyni qrupda yer alan komandalar, hər iki görüşdə Fənərbaxçanın 1:0 hesablı qələbələri ilə ayrılmışdılar. Fənərbaxça 13 xalla qrupu lider başa vurub növbəti mərhələyə yüksəlmiş, 7 xalla 3-cü olan Feyenoord isə Avropaya vida etmişdi.

Ən son isə 21 iyul 2018-ci ildə Ülker Stadionunda keçirilən yoldaşlıq oyununda tərəflər 3:3 hesablı bərabərliklə ayrılmışdılar.

Digər Kateqoriyalar

2025 © Azervoice