Əsas səhifə » Türkiyədə məşqçi olmaq İspaniyadan daha çətindir - Emre Belözoğlu

Türkiyədə məşqçi olmaq İspaniyadan daha çətindir - Emre Belözoğlu

BAKI, AzerVoice

Antalyasporun baş məşqçisi Emre Belözoğlu Türkiyədə məşqçi olmağın İspaniyadan daha çətin olduğunu deyib.

AzerVoice xəbər verir ki, o, həmçinin Mourinho və Arda Güler haqqında da fikirlərini bölüşüb.

Belözoğlu bildirib ki, Türkiyədə yalnız meydanda deyil, meydan xaricində də bir çox çətinlikləri aşmaq lazımdır.

“Burada məşqçilik etmək, sözün əsl mənasında, böyük təcrübə və təmkin tələb edir. Hədəfim isə futbolçu kimi çıxış etdiyim klublarda bir gün baş məşqçi olmaqdır”- deyə o bildirib.

Portuqaliyalı baş məşqçi Joze Mourinyo haqqında danışan Belözoğlu onun dünya səviyyəsində tanınmış sima olduğunu bildirib.

“Mourinho böyük məşqçidir. Amma Fənərbaxçadakı ilk mövsümü uğursuz oldu. İnsanlar ondan çox şey gözləyirdi, çünki o, dünyanın ən yaxşı məşqçilərindən biridir. Təəssüf ki, istədiyini ala bilmədi”-deyə o vurğulayıb.

Həmçinin, Real Madridin gənc ulduzu Arda Güler haqqında da fikirlərini söyləyən Belözoğlu, onu “ilahidən gələn istedada” malik nadir futbolçulardan biri kimi xarakterizə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice