10
BAKI,AzerVoice
Transfer dönəmində adı Qalatasaray və Fenerbahçə ilə hallanan Conatan Deyvid, Yuventus ilə müqavilə imzaladı.
AzerVoice xəbər verir ki, İtaliya A Seriyası təmsilçilərindən Yuventus, Lilldə müqaviləsi başa çatan Kanadalı futbolçu Conatan Deyvid heyətinə qatdı.
İtalyan klubundan verilən açıqlamada, 25 yaşlı hücumçu ilə anlaşmaya varıldığı bildirilib.
Conatan Deyvid, Lilldə keçən mövsümdə 49 rəsmi oyunda 25 qol vurdu.