Əsas səhifə » Tottenhem Çempionlar Liqasına vəsiqə qazanıb

Tottenhem Çempionlar Liqasına vəsiqə qazanıb

BAKI,AzerVoice

UEFA Avropa Liqasının qalibi olan Tottenhem Çempionlar Liqasına vəsiqə qazanıb.

AzerVoice xəbər verir ki, İngiltərənin Tottenhem klubu UEFA Avropa Liqasının finalında Mançester Yunaytedi 1:0 hesabı ilə məğlub edərək tarixində üçüncü dəfə bu turnirin qalibi olub.

Qeyd edək ki, həm Mançester Yunayted, həm də Tottenhem bu mövsüm İngiltərə Premyer Liqasında zəif çıxış edib. "Qırmızı şeytanlar" turnir cədvəlində 16-cı, Tottenhem isə 17-ci pillədə qərarlaşıb. Normal qaydalara əsasən, yalnız ilk beşlikdə yer alan komandalar Çempionlar Liqasına vəsiqə qazanır.

Lakin UEFA qaydalarına görə, Avropa Liqasının qalibi növbəti mövsüm birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Bu da o deməkdir ki, İngiltərədən altı klub 2025-2026 mövsümündə Çempionlar Liqasında çıxış edəcək.

Mançester Yunayted isə bu nəticədən sonra nə Çempionlar Liqasında, nə Avropa Liqasında, nə də Konfrans Liqasında iştirak edə bilməyəcək. Klub üçün bu, son illərin ən zəif mövsüm nəticələrindən biri kimi tarixə düşüb.

Digər Kateqoriyalar

2025 © Azervoice