Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    UEFA Avropa Liqası: Tottenham 3-cü, Mançester Yunayted 2-ci titulu axtarır

    21 May 2025 11:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    UEFA Avropa Liqasının finalında İngiltərənin iki tanınmış klubu Tottenham Hotspur və Mançester Yunayted bu gün tarix yazmaq üçün meydana çıxacaq.

    AzerVoice xəbər verir ki, oyun İspaniyanın Bilbao şəhərindəki San Mames stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

    Tottenham bu turnirdə 1972 və 1984-cü illərdə çempion olub. İlk titulu 1971-1972 mövsümündə UEFA Kubokunun rəsmi başlanğıcında, digərini isə Anderlexti penaltilərlə məğlub etməklə qazanıb. 1974-cü ildə isə Feyenoord qarşısında finalda məğlub olub.

    Mançester Yunayted isə 2017-ci ildə Niderland təmsilçisi Ayaks üzərində 2:0 hesablı qələbə ilə ilk dəfə Avropa Liqası kubokunu qazanıb. Lakin 2021-ci ildə Villarreal ilə oynadığı finalda penaltilər seriyasında uduzaraq ikinci yeri tutub.

    Bu iki klub Avropa səhnəsində yalnız bir dəfə üz-üzə gəlib. 1963-64 mövsümündə Kubok Sahibləri Kubokunun 1/8 final mərhələsində ilk oyunu Tottenham 2:0 qazansa da, cavab oyununda 4:1 hesabı ilə qalib gələn Mançseter Yunayted növbəti mərhələyə yüksəlib.

    Qeyd edək ki, turnirin tarixi rekordçusu Sevilla sayılır. İspan klubu bu kuboku 7 dəfə qazanaraq ən yaxın izləyicilərini geridə qoyub. Yuventus, İnter, Liverpul və Atletiko Madrid hər biri 3 dəfə çempion olublar.

    #İngiltərə #UEFA #Mançester Yunayted #İnter #Liverpool #Atletik Bilbao #Tottenham #UEFA Avropa Liqası #Vilyareal
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fənərbaxça–Nottinqem Forest oyununu isveçrəli hakim idarə edəcək

    17 Fevral 2026 15:49

    “Qarabağ”ın oyunu ilə bağlı metroda iş vaxtı uzadılacaq

    17 Fevral 2026 12:11

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    16 Fevral 2026 18:45

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    16 Fevral 2026 13:29

    Nottinqem Forest baş məşqçisi ilə yollarını ayırdı

    12 Fevral 2026 11:38

    Starmer, Mançester Yunated rəhbərinin miqrasiya ilə bağlı fikirlərini qınayıb

    12 Fevral 2026 09:43

    "Mançester Yunayted" "Yuventus"un futbolçusunu istəyir

    8 Fevral 2026 20:46

    "Arsenal" İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazandı

    4 Fevral 2026 09:44

    Barselonada əbədi qalmaq istəyirəm - Lamin Yamal

    3 Fevral 2026 14:11

    "İnter" fransalı futbolçunu transfer etməyəcək

    1 Fevral 2026 10:30

    Premyer Liqada ən çox vergi ödəyən futbolçular açıqlandı

    1 Fevral 2026 09:30

    Qvardiola niyə Mourinyoya təşəkkür edəcək?

    29 Yanvar 2026 16:38
    XƏBƏR LENTİ

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İnşaat Kollecinə yeni direktor təyin olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.