Əsas səhifə » Kevin De Bruyne Mançester Sitiyə vida etdi

Kevin De Bruyne Mançester Sitiyə vida etdi

BAKI,AzerVoice

İngiltərə Premyer Liqasının 37-ci turunda Mançester Siti doğma meydanda Bornmut komandasını 3:1 hesabı ilə məğlub edib.

AzerVoice xəbər verir ki, bu qarşılaşma şəhərlilərin kapitanı Kevin De Bruyne üçün azarkeşlər qarşısında son oyun olub.

Bu nəticə ilə Siti xallarını 68-ə yüksəldib. Bornmut isə 53 xalda qalıb.

2015-ci ildən bəri Mançester Siti formasını geyinən belçikalı ulduz Kevin De Bruyne, sözləşməsinin mövsüm sonunda başa çatması səbəbilə son ev oyununda azarkeşlərinə vida edib.

Şəhərlilər De Bruyne üçün xüsusi vida koreoqrafiyası hazırlayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice