Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Fələstin düşərgələrinin silahsızlaşdırılması – Livanın Hizbullahla bağlı planları qədər çətin və prioritet məsələdir

    22 May 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Livanın Hizbullahın silahsızlaşdırılması və dövlət hakimiyyətinin gücləndirilməsi ilə bağlı müzakirələrinin intensivləşdiyi bir vaxtda, prezident Mahmud Abbasın ölkəyə səfəri fonunda yeni bir mövzu da gündəmə gəlib: fələstinli qaçqın düşərgələrindəki silahlı qruplaşmaların nəzarət altına alınması. Ekspertlər bu məsələnin Livan üçün Hizbullahın silahsızlaşdırılması qədər əhəmiyyətli və riskli olduğunu bildirirlər.

    Livanlılar Abbasın səfərinin bu prosesə fələstinli tərəfdən siyasi dəstək qazandıracağına ümid edir. Lakin prezident Abbas üçün bu səfər həm də regionda və beynəlxalq arenada öz siyasi varlığını xatırlatmaq vasitəsidir. Çünki son aylarda ona qarşı artan tənqidlər, yeni mərhələdə onun liderliyinə qarşı müqavimət və Fələstin rəhbərliyində islahatların labüdlüyü fikrini gücləndirib.

    Silahlı Düşərgələr: Hizbullah qədər təhlükəlidirlərmi?

    Livan məsələləri üzrə mütəxəssislər vurğulayırlar ki, düşərgələrdəki silahlar da Hizbullahın arsenalı qədər təhlükə yaradır. Bu silahların bir hissəsi məhz Hizbullah və İran tərəfindən təmin edilib. Xüsusilə HƏMAS və İslami Cihad qruplaşmalarına mənsub döyüşçülər İran və Hizbullah mütəxəssisləri tərəfindən təlim alıblar. Beləliklə, bu qüvvələr lazım gəldikdə Hizbullah tərəfindən "ehtiyat qüvvə" kimi istifadə oluna bilər.

    Həmçinin istisna edilmir ki, Hizbullah bəzi silahlarını dövlət orqanlarının daxil ola bilmədiyi fələstinli düşərgələrdə gizlədir.

    Addımlar ardıcıl olacaq, yoxsa paralel?

    Hazırda Livan hökumətinin Hizbullah və fələstinli düşərgələrin silahsızlaşdırılması məsələlərini hansı ardıcıllıqla həll edəcəyi bəlli deyil. Lakin bir məqam dəqiqdir: dövlət özündən kənar heç bir silahlı qüvvənin mövcudluğuna icazə vermək niyyətində deyil.

    ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsinin müavini Morqan Ortaqus bildirib ki, Livan hələ də Hizbullahın tam silahsızlaşdırılması üçün "çox iş görməlidir". O, Qətərdə keçirilən iqtisadi forumda deyib ki, Livan rəhbərliyi son altı ayda son 15 ildəkindən daha çox irəliləyişə nail olub, lakin hələ kifayət deyil.

    Ortaqus bildirib: “ABŞ Hizbullahın ölkə daxilində – təkcə Litani çayının cənubunda deyil – hər yerdə silahsızlaşdırılmasını istəyir.” O, Livan rəhbərliyini bu istiqamətdə konkret qərar verməyə çağırıb.

    Fələstin düşərgələri: suverenlik və gücün göstəricisi

    Livanın fələstinli düşərgələr üzərində nəzarəti bərpa etməsi ölkənin suverenliyinin və təhlükəsizlik orqanlarının imkanlarının nümayişi baxımından mühüm addım olacaq. Bu, eyni zamanda ABŞ-a da ordunun fəaliyyət qabiliyyəti barədə müsbət siqnal göndərmək məqsədi daşıyır.

    Qeyd edək ki, fələstinli düşərgələr onilliklərdir hüquqi və təhlükəsizlik baxımından Livan dövlətinin tam nəzarətindən kənarda fəaliyyət göstərir. Orada idarəçilik əsasən fələstinli fraksiyaların əlindədir.

    Prezident Cözef Aun: Sülh və savaş qərarı yalnız dövlətə aiddir

    Livan prezidenti Cözef Aun Misirin “ON TV” kanalına verdiyi müsahibədə bildirib:
    “Silah yalnız dövlətin əlində olmalıdır. Savaş və sülh qərarını yalnız dövlət verməlidir. Burada söhbət təkcə Hizbullahdan yox, həm də fələstinli düşərgələrdəki silahlardan gedir.”
    O, bu məsələni Abbasla müzakirə edəcəyini də bildirib.

    Abbasın ziyarətindən gözləntilər realdırmı?

    Müşahidəçilər Livanın Abbasın səfəri ilə silahsızlaşdırma istiqamətində əsaslı nəticə əldə edəcəyinə dair gözləntilərini real saymırlar. Regiondakı mürəkkəb siyasi vəziyyət, düşərgələrdə müxtəlif qrupların təsiri və Abbasın onlara qarşı zəif təsir imkanları bu prosesin mürəkkəbliyini artırır. Abbasın bu səfərinin dialoqu başlatmaq baxımından əhəmiyyətli ola biləcəyi qeyd edilsə də, bu təşəbbüsün gerçək siyasi nəticələrə gətirib çıxaracağı hələlik sual altındadır.

    Fələstin rəhbərliyinə daxili tənqidlər

    Bəzi fələstinli dairələr Mahmud Abbası Qəzzada HƏMAS-ın 2023-cü ilin oktyabrındakı hücumundan sonra yaranan dağıntıya görə məsuliyyət daşımaqda ittiham edirlər. Onun rəhbərlik etdiyi Fələstin Muxtariyyəti nə bölgəyə nəzarət edə bildi, nə də HƏMAS-ın qarşısını almağa çalışdı. Üstəlik, Abbasın Fəth hərəkatı daxilində də liderlik böhranı yaşanır.

    Onun təşəbbüs göstərməməsi və Fələstin Azadlıq Təşkilatına daxil olan fraksiyaları bir araya gətirə bilməməsi rəhbərliyi zəiflədib, HƏMAS-ın hərbi və siyasi nüfuzunu artırıb.

    Ziyarət fonu və ümumi razılaşma

    Bu, Mahmud Abbasın 2017-ci ildən bəri Livana ilk səfəridir və üç gün davam edəcək. Livanda hazırda 220 mindən çox fələstinli yaşayır. Onlar sıx və ağır şəraitdə yerləşən düşərgələrdə məskunlaşıblar və ölkədə bir çox sahələrdə işləmək hüququndan məhrumdurlar.

    #Livan #Mahmud Abbas #livan xin #Livan xəbərləri #Livan hava limanı böhranı #İraq və Livan müqavimət hərəkatı #Livan siyasəti 2025 #Mahmud Abbas və Suriya prezidenti Əhməd Şəra görüşü #Mahmud Abbas Dəməşqə səfər #Livan Hizbullah #Mahmud Abbas Livanda #Cözef Aun və Mahmud Abbas görüşü #Mahmud Abbasın səfəri 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin hücumları və ABŞ-ın təzyiqi davam etdikcə, Livanda sabitlik olmayacaq - Hizbullah

    11 Noyabr 2025 20:57

    2026 -Livanda narkotik imperiyasının çökmə ili olcaq

    11 Noyabr 2025 10:00

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    İsrail ordusu Livanın cənubuna PUA hücumu həyata keçirib

    8 Noyabr 2025 11:39

    İran Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı hərbi təcavüzünü qınayıb

    7 Noyabr 2025 11:49

    Papa XIV Leo və Mahmud Abbas Qəzzada yardım və iki dövlətli həlli müzakirə ediblər

    6 Noyabr 2025 15:49

    İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

    6 Noyabr 2025 14:56

    “Hizbullah” Livan–İsrail danışıqlarına razıdırmı? Rəsmi mövqe hələ açıqlanmayıb

    4 Noyabr 2025 09:00

    Livanın İsraillə danışıqlardan başqa yolu yoxdur - Aun

    3 Noyabr 2025 23:17

    Beyrut və Təl-Əviv... Beynəlxalq vasitəçiliklə aparılan danışıqların tarixi

    2 Noyabr 2025 22:00

    Livanda itirilən fürsət - müharibə qapıdadır

    2 Noyabr 2025 15:00

    Silahın yalnız dövlətin əlində cəmlənməsi qərarından geri dönüş yoxdur - Livan baş naziri

    31 Oktyabr 2025 15:33
    Demo
    XƏBƏR LENTİ

    Türkiyəyə məxsus hərbi təyyarənin qara qutusu ölkəyə gətirilib

    Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib

    Prezident İlham Əliyev: Əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur

    Türkiyə və Misir Qəzzə ilə bağlı ortaq mesaj yayınlayıb

    Azad edilmiş bu ərazilərin xarici su təchizatı ilə bağlı 7 milyon manatlıq layihə hazırlanıb

    Cənubi Kipr Türkiyəyə əməkdaşlıq təklif edib

    Azərbaycan-Gürcüstan sərhədində təyyarə qəzası ilə bağlı axtarış-xilas işləri davam edir - Duran

    Azərbaycan-Banqladeş ikitərəfli əməkdaşlığı müzakirə edib

    “China Datang Corporation Ltd.” şirkətinin sədri ilə görüş keçirilib

    Tayland sülh müqaviləsini dayandırdıqdan sonra Kambocaya atəş açıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.