Əsas səhifə » Qızıl top mükafatı 22 sentyabrda təqdim olunacaq

Qızıl top mükafatı 22 sentyabrda təqdim olunacaq

BAKI,AzerVoice

2024-2025 mövsümünün ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının təqdimetmə mərasimi 22 sentyabrda keçiriləcək.

AzerVoice xəbər verir ki, Fransanın “France Football” jurnalı tərəfindən təşkil olunan bu mərasim Paris şəhərində Şatle teatrında baş tutacaq.

2024-cü ildə bu mükafata İngiltərənin Mançester Siti komandasının ispan yarımmüdafiəçisi Rodri layiq görülüb.

Qızıl top mükafatı “France Football” jurnalının keçmiş baş redaktoru Qabriel Ano tərəfindən yaradılıb. Bu mükafat ilk dəfə 1956-cı ildə İngiltərənin Blekpul komandasının hücumçusu Stenli Metyuza təqdim edilib.

Mükafatın qalibi idman jurnalistləri tərəfindən müəyyənləşdirilir.

Bu mükafata ən çox Argentina ulduzu Lionel Messi layiq görülüb. Messi 8 dəfə bu kuboku qazanmışsa, onun yaşıl meydançadakı əsas rəqibi Kristiano Ronaldo isə 5 dəfə bu mükafatın sahibi olub.

Digər Kateqoriyalar

2025 © Azervoice