Əsas səhifə » Azərbaycan Türk dünyasının ayrılmaz parçasıdır - Binali Yıldırım

Azərbaycan Türk dünyasının ayrılmaz parçasıdır - Binali Yıldırım

BAKI, AzerVoice

Kipr türkləri kimi, Azərbaycan da Türk dünyasının ayrılmaz parçasıdır.

AzerVoice xəbər verir ki, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatları Birliyinin 1-ci Adi Baş Assambleyası keçirilib.

Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) türk dünyasının ayrılmaz bir hissəsi olduğunu vurğulayıb.

Binali Yıldırım bildirib ki, KKTC 2022-ci ildə Səmərqənddə keçirilən TDT Zirvə Toplantısından sonra təşkilatın müşahidəçi üzvü olub.
“Bu həqiqəti nə qədər təhrif etməyə çalışsalar da, bacara bilmirlər. Çünki Kipr türkləri türk dünyasının ayrılmaz bir parçasıdır. Təəssüf ki, bu reallığı qəbul edə bilməyənlər TDT-yə üzv olsalar da, məsələyə qərəzli yanaşırlar.” - deyə o bildirib.

“Sərvət indi qərbdən şərqə doğru hərəkət edir. Qərbdən şərqə, şərqdən qərbə keçən yolların üstündə türk vətənləri yerləşir. 90 milyard dollarlıq ticarət axınından pay almaq üçün daha çox çalışmalı, birliyimizi və qardaşlığımızı qorumağa davam etməliyik.” - deyə Yıldırım 21-ci əsr türklər əsri olacağını qeyd edib.

Tədbirdə Türkiyə Kamu-Sen rəhbəri Öndər Kahveci, KKTC HÜR-İŞ rəhbəri Əhməd Serdaroğlu, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satybaldı Dauletalin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Qırğızıstan və Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

Assambleyada sədr vəzifəsinə TÜRK-İŞ-in başçısı Ergün Atalay seçilib. 26 milyon üzvü birləşdirən təşkilat, türk dünyasında ortaq iqtisadi və sosial problemlərə qarşı həmrəylik yaratmağı hədəfləyir.

Ergün Atalay çıxışında qlobal iqtisadi böhranın xüsusilə işçi təbəqəsinə mənfi təsir etdiyini vurğulayaraq,
“Zənginlər bu böhranı hiss etmirlər, lakin fəhlələr, təqaüdçülər, dövlət qulluqçuları ciddi çətinliklərlə üzləşirlər. Həmkarlar ittifaqları olaraq bu problemləri aradan qaldırmaq və üzvlərimizin həyat keyfiyyətini yüksəltmək üçün çalışmalıyıq.” - deyə bildirib.

Atalay həmçinin xatırladıb ki, 2023-cü ildə qəbul edilən Şuşa Bəyannaməsi ilə təşkilatın yaradılması qərara alınıb, və dörd ay sonra Səmərqənddə ümumi yığıncaq keçirilib. Onun sözlərinə görə, təşkilatın Türkiyədə qurulması və mərkəzinin bu ölkədə yerləşməsi mühüm simvolik və strateji əhəmiyyət daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice