Əsas səhifə » Tottenhem Avropa Liqasının qalibi olub

Tottenhem Avropa Liqasının qalibi olub

BAKI,AzerVoice

“Tottenhem” UEFA Avropa Liqasının qalibi oldu – Kubok 10-cu dəfə İngiltərəyə gedib.

AzerVoice xəbər verir ki, İngiltərənin “Tottenhem” klubu UEFA Avropa Liqasının finalında “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edərək tarixində üçüncü dəfə bu turnirin qalibi olub.

İspaniyanın Bilbao şəhərində keçirilən final matçında “Tottenhem”in yeganə qolunu Conson vurub. Bu nəticə ilə London təmsilçisi UEFA Avropa Liqasının (əvvəlki adı UEFA Kuboku) 1971-72 və 1983-84 mövsümlərindən sonra üçüncü dəfə çempionluq sevincini yaşadıb.

İlk çempionluğunu UEFA Kuboku adlandırıldığı dövrdə – 1972-ci ildə qazanan “Tottenhem” o zaman finalda digər İngiltərə təmsilçisi “Vulverhempton”u məğlub etmişdi. 1984-cü ildə isə Belçikanın “Anderlext” klubunu penalti seriyasında üstələyərək ikinci dəfə kuboku qazanmışdı.

Qeyd edək ki, bu nəticə ilə UEFA Avropa Liqasının kuboku ümumilikdə 10-cu dəfə İngiltərəyə getmiş oldu. İngiltərə təmsilçiləri daha əvvəl bu turnirin finalına 17 dəfə yüksəlib, “Liverpul” 3, “Çelsi” 2, “Tottenhem” 3, “İpsviç Taun” və “Mançester Yunayted” isə hərəyə 1 dəfə qalib gəliblər.

Finala qədər bu mövsüm məğlub olmayan “Mançester Yunayted” isə liqa mərhələsində 5 qələbə, 3 heç-heçə ilə çıxış etmiş, pley-off mərhələsində “Real Sosyedad”, 1/4 finalda “Lion”, yarımfinalda isə “Atletik Bilbao”nu keçmişdi. Lakin həlledici qarşılaşmada uduzaraq kubokdan məhrum olub.

Digər Kateqoriyalar

2025 © Azervoice