Əsas səhifə » Coşqun Diniyev “Ümraniyəspor”dan ayrılıb

Coşqun Diniyev “Ümraniyəspor”dan ayrılıb

Bakı,  VOA

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev “Ümraniyəspor”dan ayrılıb.

Bu barədə  VOA İdman.bizə-ə istinadən futbolçunun atası, “Səbail”in baş məşqçisi Şahin Diniyev məlumat verib.

Təcrübəli mütəxəssis azad agent statusu daşıyacaq oğlunun Azərbaycana qayıtmayacağını deyib: “Coşqun yenə ölkə xaricində oynayacaq. Azad agent statusu aldıqdan sonra menecerləri ilə məsləhətləşərək ən düzgün seçimi edəcək”.

Qeyd edək ki, Diniyev Türkiyə I Liqası təmsilçisi “Ümraniyəspor”a ötən mövsüm transfer olunmuşdu. O, Polşa, Cənubi Koreya və Türkiyənin 2 klubunun maraq dairəsindədir.

Digər Kateqoriyalar

2025 © Azervoice