Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Silahların dövlətə təhvil verilməsi bütün tərəflərin marağına uyğundur - Livanlı nazir

    25 Avqust 2025 18:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Hizbullahın sabah Beyrutun mərkəzində aksiya keçirmək barədə əvvəlki çağırışından geri çəkildiyi bir vaxtda, Livanın daxili işlər naziri Əhməd Həccar bütün tərəflərin maraqlarına uyğun olan yolun silahların dövlətə təhvil verilməsi olduğunu vurğulayıb.

    AzerVoice xəbər verir ki, Həccar bu gün “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında bildirib ki, Livanda heç kim vətəndaş müharibəsi istəmir. O, hökumətin son qərarlarına qarşı keçirilə biləcək etiraz aksiyalarına da toxunaraq qeyd edib ki, təhlükəsizlik qüvvələri hər hansı zorakılığın qarşısını alacaq.

    Xatırladaq ki, günün əvvəlində Hizbullah və “Amal” hərəkatı hökumətin silahların dövlətin nəzarətinə verilməsi ilə bağlı qərarına etiraz olaraq küçə aksiyasına çağırış etmişdi. Birgə bəyanatda onlar “müqavimət silahını vətəni müdafiə edən şərəfli silah” adlandıraraq, xarici təzyiqlərə boyun əyməməyə çağırmışdılar.

    Lakin bir neçə saat sonra hər iki təşkilat aksiyanı təxirə saldıqlarını açıqlayaraq, bunun dialoq üçün fürsət yaratmaq məqsədi daşıdığını bildirdilər. Bu, Hizbullahın hökumətin silahların yalnız dövlətin əlində olması qərarına qarşı ilk dəfə rəsmi şəkildə küçə etirazına çağırışı idi. Bundan əvvəl isə tərəfdarları motosikletlərlə Beyrut küçələrində yürüşlər edərək bu qərara etirazlarını nümayiş etdirmişdilər.

    Qeyd edək ki, Livan hökuməti avqustun əvvəlində silahların yalnız dövlətin əlində olması barədə qərar qəbul edib və orduya ayın sonunadək bununla bağlı plan hazırlamağı tapşırıb. Silahların təhvil verilməsi isə bu ilin sonuna qədər başa çatmalıdır. Baş nazir Nəvvaf Salam və prezident Cozef Aun bu qərarı misilsiz addım kimi qiymətləndiriblər.

    #Livan #Hizbullah #silah #silahlar #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullah Livan ordusu #Livan silahlı qüvvələri və Hizbullah #Hizbullah silahları təhvil verir #Hizbullah ideologiyası və Livan dövləti #Hizbullahın Livan ordusuna inteqrasiyası mümkündürmü? #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edəcəkmi? #Hizbullahın ideoloji inancı Livan ordusu ilə uzlaşırmı? #Hizbullah niyə Livan ordusuna qatılmaq istəyir? #Hizbullahın Livan dövlətinə təslim olması mümkündürmü? #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edə bilərmi? #Hizbullah silahlarını nə vaxt təhvil verəcək? #Hizbullahın İranla əlaqəsi Livan üçün təhlükəlidirmi? #Livan Hizbullah #Hizbullah silahı #Hizbullah və Livan ordusu #Hizbullah silah təhvili #Hizbullah Livan böhranı #Hizbullah silahsızlaşdırma #Hizbullah silah təhvili məsələsi #Hizbullah silahların alınması qərarı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonun sanksiyaları Bağdadda narahatlıq doğurdu: Həşd əş-Şaabi və onun maliyyə mənbələri hədəfdə

    13 Oktyabr 2025 03:00

    Vaşinqton “Hizbullah”ın silahlarını İraqda “zəmanətçi tərəfə” əmanət etmə təklifini rədd edib

    12 Oktyabr 2025 15:00

    Hizbullah HƏMAS-dan dərs almalıdır - Samir Caca

    8 Oktyabr 2025 10:16

    ABŞ “Hizbullah”ın silahsızlaşdırılması üçün Livana 230 milyon dollar ayıracaq

    6 Oktyabr 2025 11:06

    “Hizbullah” Qəzzada müharibənin dayandırılması ilə bağlı Trampın planına dair “HƏMAS”ın mövqeyini dəstəklədi

    5 Oktyabr 2025 20:57

    Peresdən Netanyahuya – İsrail “yumuşaq” və “sərt” güc arasında

    5 Oktyabr 2025 20:00

    İsrailin hava hücumlarında üç Hizbullah üzvü öldürüldü

    3 Oktyabr 2025 12:37

    Livan təhlükəsizlik orqanları Hizbullahın fəaliyyət sərbəstliyinə son qoya bilər

    30 Sentyabr 2025 10:34

    Hizbullah Livanda kaptagon imperiyasından əl çəkibmi?

    30 Sentyabr 2025 09:00

    Siyasi qarşıdurmaların genişləndiyi Livanda parlament seçkiləri təhlükədədir

    28 Sentyabr 2025 23:10

    Azərbaycanda mina və kasetli silahların qurbanlarının sayı açıqlanıb

    25 Sentyabr 2025 11:27

    Cübran Xəlil Cübran – Yazıçı, rəssam,filosof və dahi

    22 Sentyabr 2025 22:02
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Martin Lüter Kinq Nobel Sülh Mükafatına layiq görülüb

    Madagaskar prezidentinin fransız təyyarəsi ilə ölkədən qaçdığı iddia olunub

    Zəfər xronikası. 14 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

    44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr

    Tarixdə bu gün - 14

    Qəzza zolağının bərpası artıq başlayıb - Donald Tramp

    Tramp Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında: “Bu, həqiqətən də inanılmazdır”

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Yaxın Şərq Sülh Sammitindən paylaşım edilib

    Donald Tramp Prezident İlham Əliyev haqda: “O, çox güclü liderdir”

    Tramp Yaxın Şərq Sülh Sammitində Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.