Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    UEFA-nın İsrailə qarşı mövqeyi tənqid olunur

    15 Avqust 2025 16:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    UEFA-nın İsrailə qarşı mövqeyi tənqid olunur.

    AzerVoice xəbər verir ki, İsrailin Qəzzaya qarşı hücumları davam edərkən, UEFA-nın bu ölkəyə münasibətdə “ikili standart” sərgilədiyi iddiaları yenidən gündəmə gəlib.

    Daha əvvəl İsrailin hücumları zamanı həlak olan Fələstin millisinin sabiq futbolçusu, “Fələstinli Pele” ləqəbli Süleyman Əl-Obaidlə bağlı başsağlığı mesajında İsrailin adını çəkməyən UEFA, bu dəfə də Superkubok matçı öncəsi nümayiş etdirilən pankartlardan İsrailə istinad etməyib.

    UEFA Əl-Obaid barədə paylaşımında “Fələstinli Pele Süleyman Əl-Obaidə vida. Ən qaranlıq vaxtlarda belə saysız-hesabsız uşağa ümid bəxş edən istedad” sözlərini yazıb. Məsələ ilə bağlı “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah, “Bizə necə, harada və niyə öldüyünü deyə bilərsinizmi?” sualı ilə öz reaksiyasını bildirib.

    Fələstin Futbol Federasiyası açıqlamasında Əl-Obaidin Qəzzada humanitar yardım gözləyərkən İsrail hücumu nəticəsində şəhid olduğunu bildirib.

    İtaliyanın Udine şəhərində PSJ ilə Tottenham Hotspur arasında keçirilən UEFA Superkuboku matçı öncəsində açılan “Uşaqları öldürməyə son” və “Mülki insanları öldürməyə son” pankartlarında da İsrailin adı qeyd olunmayıb. Bu isə sosial mediada və idman ictimaiyyətində narazılığa səbəb olub.

    Tənqidçilər, UEFA və FİFA-nın İsrailə münasibətini Rusiyaya qarşı göstərilən sərt mövqe ilə müqayisə edirlər. 2022-ci ildə Ukraynaya hücumdan cəmi bir neçə gün sonra UEFA və FİFA Rusiyanın milli komandalarını və klublarını bütün beynəlxalq turnirlərdən kənarlaşdırmışdı.

    Lakin İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzzada həyata keçirdiyi hücumlar nəticəsində on minlərlə insanın, o cümlədən idmançıların həyatını itirməsinə baxmayaraq, bu ölkəyə qarşı heç bir sanksiya tətbiq edilməyib.

    Fələstin Futbol Federasiyasının İsrailin turnirlərdən kənarlaşdırılması ilə bağlı müraciətinə isə FİFA indiyədək cavab verməyib.

    #İsrail #Fələstin #UEFA #Futbol #Liverpool #Humanitar fəlakət Qəzza #İsrail və Fələstin münaqişəsi 2025 #FİFA Klublararası Dünya Çempionatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    10 Dekabr 2025 15:30

    İsrail Qərb Sahilində genişmiqyaslı reydlər keçirərək 100 Fələstinliyi həbs edib

    10 Dekabr 2025 13:02

    Qarabağ bu gün Ayaksı Bakıda qəbul edir

    10 Dekabr 2025 09:24

    İsrailin Qəzza Zolağına hücumlarında bu il 30-a yaxın Fələstinli jurnalist həyatını itirib

    9 Dekabr 2025 11:57

    Qarabağ – Ayaks oyunu üçün 27 mindən çox bilet satılıb

    8 Dekabr 2025 16:30

    Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

    7 Dekabr 2025 12:12

    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

    6 Dekabr 2025 16:19

    Türkiyə Qəzza üçün üzərinə düşəni etməyə hazırdır - Hakan Fidan

    6 Dekabr 2025 14:49

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    İsrailin hava və artilleriya hücumları Qəzzada dağıntılara səbəb olub

    4 Dekabr 2025 15:55
    Demo
    XƏBƏR LENTİ

    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir

    AXCP sədri Əli Kərimli barəsində vəsatət təmin edilməyib

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    Azərbaycan və Özbəkistan arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb

    Ərdoğan Türkmənistana səfər edəcək

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri arasında görüş keçirilib

    Türkiyədən Qətərə avtomobil ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    Özbəkistan və Türkiyə Türk investisiyalarını genişləndirməyi müzakirə edib

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    Adnan Menderes hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.