BAKI, AzerVoice
“Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
AzerVoice xəbər verir ki, Ağdam təmsilçisi Şimali Makedoniya klubu “Şkendiya” ilə cavab oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib. Səfərdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” bu dəfə oyunun əvvəlində qol buraxsa da, üstünlüyü ələ alaraq rəqibini darmadağın edib.
Azərbaycan çempionu matçı 5:1 hesabı ilə başa vuraraq turnirin pley-off mərhələsinə adını yazdırıb.