Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Livan hökuməti suverenliyin bərpası üçün müzakirələr aparmalıdır – Hizbullah

    25 Avqust 2025 19:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Hizbullahın baş katibi Naim Qasım bəyan edib ki, Livan hökuməti ölkənin suverenliyini bərpa etmək üçün plan hazırlamağa məsuldur.

    AzerVoice xəbər verir ki, o, hökuməti ictimai etimadın bərpası məqsədilə intensiv müzakirələr aparmağa çağırıb, siyasi partiyaları isə bu planların reallaşdırılmasına dəstək verməyə dəvət edib.

    Qasım vurğulayıb ki, hökumət suverenliyin bərpası, ordunun silahlandırılması və milli müdafiə strategiyasının formalaşdırılması istiqamətində addımlar atmalıdır. Onun sözlərinə görə, Livanın əsas problemləri İsrail və ABŞ-ın dəstəyi ilə bağlıdır.

    Hizbullah baş katibi qeyd edib ki, “müqavimət” dövlət ordusunun əvəzi deyil, milli ordunun taleyinin bir hissəsidir və ondan imtina etmək mümkün deyil. Əksinə, müqavimət orduya dəstək verir və yardım göstərir. Onun sözlərinə görə, müqavimət yalnız qoruyucu qüvvə kimi deyil, həm də təcavüzə qarşı birbaşa mübarizə aparan faktor kimi çıxış edir.

    Qasım əlavə edib ki, ölkənin müdafiəsi üçün ordunun silahlandırılması vacibdir, çünki əsas məsuliyyət məhz ordunun üzərinə düşür, müqavimət isə əlavə dəstək rolunu oynayır və funksiyasını itirməyib.

    O xatırladıb ki, müqavimət 2006-cı ildən 2023-cü ilə qədər İsraili çəkindirməyə nail olub və bu, fövqəladə uğurdur. Qasımın sözlərinə görə, “ordu, xalq və müqavimət” üçlüyü sayəsində İsrail 17 il ərzində hücum planlarını reallaşdıra bilməyib.

    Hizbullah baş katibi bildirib ki, İsrail işğal və dağıntılar həyata keçirə bilər, lakin müqavimət bu planların qarşısını alacaq və Tel-Əvivin hədəflərinə çatmasına mane olacaq. O, əlavə edib ki, əgər müqavimət mövcud olmasaydı, İsrail Beyruta, Dəməşqə daxil olduğu kimi, asanlıqla girə bilərdi. İsrailin Livanın cənubunda işğal etdiyi beş təpədən kənara keçə bilməməsi də məhz müqavimətin gücündən qaynaqlanır.

    Naim Qasım sonda qeyd edib ki, müqavimətin alternativi yalnız təslimiyyət ola bilər. Buna görə də müqavimət İsrailin məqsədlərinə çatmasının qarşısını alan qalxan olaraq qalacaq.

    #Livan #Hizbullah #Naim Qasim #Hizbullah tərəfdarlarının etirazı #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #Hizbullah və Livan hökuməti #Naim Qasim və Hizbullah #Livanda Hizbullah liderinin ölümü #Hizbullah Livan ordusu #Livan silahlı qüvvələri və Hizbullah #Hizbullah ideologiyası və Livan dövləti #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edəcəkmi? #Hizbullah niyə Livan ordusuna qatılmaq istəyir? #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edə bilərmi? #Livan Hizbullah #Hizbullah və Livan ordusu #Hizbullah Livan böhranı #Hizbullah Livan hökuməti qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livana qarşı genişmiqyaslı hücuma hazırlaşır - Lİvan XİN

    13 Dekabr 2025 09:38

    İsrail Livana hava hücumları təşkil edib

    12 Dekabr 2025 13:08

    Livan və İsrail arasında atəşkəs müzakirələri yenidən aktivləşdi

    12 Dekabr 2025 12:49

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49

    ABŞ Livana 90,5 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

    6 Dekabr 2025 09:25

    Livanın cənubuna hava zərbələri- BMT-dən İsrailə xəbərdarlıq

    5 Dekabr 2025 14:48

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    Tək tərəfli addımlar bölgədə barışı yox, gərginliyi artırır - Şimali Kipr

    28 Noyabr 2025 16:10

    Kipr türklərinin hüquq və maraqlarını qorumağa davam edəcəyik - Türkiyə XİN

    27 Noyabr 2025 11:28

    Livan və Cənubi Kipr arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi üzrə anlaşma imzalanıb

    26 Noyabr 2025 17:31

    Netanyahunun yeni müharibə strategiyası bölgəni necə dəyişəcək?

    25 Noyabr 2025 09:00

    Yeni Roma Papası ilk xarici səfərini Türkiyə və Livana edəcək

    24 Noyabr 2025 18:47
    Demo
    XƏBƏR LENTİ

    Ukrayna qoşunların təmas xəttində atəşkəsin tərəfdarıdır - Zelenski

    Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşib

    Muğla Milas-Bodrum hava limanında sərnişindaşıma 4 milyon nəfəri keçib (ÖZƏL)

    Müsəlman Qardaşları ABŞ siyasətində yeni təhlükə modeli kimi dəyərləndirilir

    Sidneydə yəhudi bayramı zamanı silahlı hücum: onlarla ölən və yaralı var

    Volkswagen Almaniyada bir zavodda istehsalı tam dayandırdı

    Türkiyədən Misirə polad ixracı azalıb (ÖZƏL)

    İran AEBA ilə lazım olduğu halda müxtəlif səviyyələrdə danışıqlar apara bilər – Bəqai

    Türkiyədən Yunanıstana dəri ixracı 22 milyon dolları keçib (ÖZƏL)

    Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.