Axtarış nəticələri "Qəzza" (2954)

İsrail ordusu Qəzza zolağında saxlanılan son israilli əsirin cəsədinin aşkar edildiyini açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçay Adraei Milli Məhkəmə-Tibbi Ekspertiza Mərkəzi, İsrail Polisi və Hərbi Ravvinatın birgə apardığı identifikasiya prosesindən sonra Ran Qvilinin cəsədinin ailəsinə təhvil verildiyini bildirib. Onun sözlərinə görə, bununla da Qəzza zolağında saxlanılan bütün israilli girovlar İsrail tərəfinə qaytarılıb.

Fələstində keçirilən seçkilərdə HƏMAS-ın parlamentdəki 132 mandatdan 76-nı qazandığı məlum olduqdan sonra baş nazir Əhməd Qurey istefa verib.

Bilindiyi kimi,İsraildə parlament seçkiləri payızda keçirilməlidir. Lakin əgər parlament (Knesset) 2026-cı ilin dövlət büdcəsini martın 31-nə qədər təsdiqləyə bilməsə, hökumət qanunauyğun olaraq avtomatik şəkildə buraxılacaq. İsrail hökuməti büdcə layihəsini qanunu pozaraq iki aylıq gecikmə ilə Knessetə təqdim edib ki, bu da onun qəbul edilmə şansı ilə bağlı geniş şübhələr yaradır.

Bir neçə amerikalı rəsmisinin bölgəyə səfəri ilə eyni vaxtda İsrail İran məsələsində susqunluğunu qorumağa davam edir. Ehtimallara görə, İsrail pərdə arxasında ABŞ-ı Tehrana qarşı hökumətin devrilməsi ilə nəticələnəcək genişmiqyaslı hücuma sövq etməyə çalışır. Qeyri-rəsmi proqnozlar isə bu hücumun ehtimalı barədə fərqlidir.

Türkiyə Milliyətçi Hərəkat Partiyası sədri Devlet Bahçeli Qüds mövzusu ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana çağırış edib. MHP lideri tv100 kanalına verdiyi müsahibədə Prezident Ərdoğanla aralarında keçən dialoqu bölüşüb. O xatırladıb ki, tarixdə Qüds adı ilə bağlı dörd böyük simvolik şəxsiyyət var: Hz. Ömər, Salahəddin Əyyubi, Yavuz Sultan Səlim və II Əbdülhəmid. Baxçalının sözlərinə görə, o, Prezident Ərdoğana “Bu dörd ad Qüds üçün simvoldur. Niyə beşinci siz olmayasınız?” deyə müraciət edib.

İlk dəfə seçkilərə qatılan İslami Müqavimət Hərəkatı HƏMAS Fələstində keçirilən ümumi seçkilərdə qalib gəldi. İsmayıl Haniyə fevralın 19-da baş nazir oldu, lakin İsrail HƏMAS hökuməti ilə bütün danışıqları dayandırdı.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin müşaviri Cared Kuşner Qəzza zolağının gələcəyi və regional prosesləri müzakirə etmək məqsədilə İsraildə səfərdədir. Mənbələrin bildirdiyinə görə, Stiv Uitkoff və Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün bu gün ölkəyə gəliblər. Görüşün əsas gündəmini Qəzza zolağında mövcud vəziyyət, müharibədən sonrakı mərhələ və ABŞ tərəfindən irəli sürülən yeni təşəbbüslər təşkil edir. Netanyahu ofisinin sözçüsü görüşün keçiriləcəyini təsdiqləsə də, danışıqların detalları açıqlanmayıb.

2025-ci il Qurban bayramı münasibətilə kəsilən qurbanlıq ətlər aylar sonra da olsa Qəzza zolağında ehtiyac sahiblərinə çatdırılaraq paylanıb. “Al Baraka Azerbaijan” könüllüləri tərəfindən həyata keçirilən humanitar təşəbbüs çərçivəsində Qurban bayramında kəsilən qurbanlıq ətlər saxlanılaraq qorunub və aradan yeddi ay keçməsinə baxmayaraq bir neçə gün əvvəl Qəzzada ehtiyac içində yaşayan ailələrə paylanıb. Yardım prosesi Qəzzada davam edən ağır humanitar böhran, qida çatışmazlığı və mühasirə şəraitində xüsusilə mühüm əhəmiyyət daşıyıb.

ABŞ hökuməti İtaliyadan Qəzzada vəziyyətin sabitləşdirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində dəstək göstərməsini xahiş edib. Qərarı İtaliya rəhbərliyi müstəqil şəkildə qəbul edəcək. Hazırda Roma hökuməti Qəzza Sektorunda ABŞ təşəbbüsü ilə yaradılan sülh şurasına qoşulub-qoşulmamağa dair müzakirələr aparır.

Qəzza zolağında həyata keçirilən hücumlarla bağlı sərt tənqidlər fonunda İsrailin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da daxil olmaqla 29 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etməyə hazırlaşdığı iddia edilir. Israel Hayom qəzetinin məlumatına görə, İsrailin Diaspora Nazirliyi aralarında siyasətçilər, jurnalistlər, akademiklər və ictimai xadimlərin olduğu 29 Türkiyə vətəndaşının İsrailə girişinin əngəllənməsi ilə bağlı tövsiyə xarakterli qərar qəbul edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Balkan Sülh Platformasının ikinci toplantısı çərçivəsində beş Balkan ölkəsindən olan yüksək səviyyəli nümayəndə heyətini qəbul edib. Qəbul zamanı Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç, Kosovonun Baş nazirinin müavini və xarici işlər və diaspora naziri Donika Gervalla-Şvarts, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç, Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mucinski, Albaniyanın Avropa və xarici işlər naziri Elisa Spiropali, eləcə də Serbiyanın xarici işlər nazirinin müavini Nevena Yovanoviç iştirak edib.

İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə intensiv hücumlar təşkil edib. Şahidlərin verdiyi məlumata görə, İsrail qüvvələri Qəzza şəhərinin şərqini artilleriya atəşinə tutub, eyni zamanda cənubdakı Rəfah və Xan Yunis bölgələrində hərbi texnikadan nizamsız atəş açıb. Son hücumlar nəticəsində yaranan tələfat barədə hələlik dəqiq məlumat verilməsə də, atəşkəs dövründəki ümumi mənzərənin kifayət qədər ağır olduğu bildirilir. Atəşkəs razılaşmasının qüvvəyə mindiyi 10 oktyabr 2025-ci il tarixindən bu yana İsrail ordusunun pozuntuları nəticəsində 477 fələstinli öldürülüb, min 301 nəfər isə yaralanıb.

ABŞ Prezidentinin müşaviri Cared Kuşner Qəzzanın müharibədən sonrakı bərpasını nəzərdə tutan “Yeni Qəzza” adlı genişmiqyaslı planını Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasına təqdim edib. Kuşnerin təqdim etdiyi plan dörd mərhələdən ibarətdir və 2035-ci ilə qədər Qəzzaya 25 milyard dollardan artıq investisiya cəlb olunmasını nəzərdə tutur. Onun sözlərinə görə, yaxın həftələrdə Vaşinqtonda beynəlxalq donor konfransı keçiriləcək və burada müxtəlif ölkələrin Qəzzanın bərpasına töhfələri elan olunacaq.

Tunis istehsalı olan “Hind Rəcəbin səsi” filmi 98-ci Oskar mükafatları çərçivəsində beynəlxalq film nominasiyası üzrə mübarizəyə qoşularaq qlobal kino gündəminə daxil olub. Film rəsmi şəkildə Tunisi “Ən yaxşı beynəlxalq film” nominasiyası üzrə təmsil etmək üçün seçilib. Tunisli rejissor Kövsər bin Hənniyyənin ekran işi 2024-cü ilin yanvarında Qəzza zolağında həlak olan fələstinli uşaq Hind Rəcəbin real həyat hekayəsinə əsaslanır. Filmin süjet xətti hadisə zamanı qeydə alınmış real səs yazılarına söykənir və uşaq tərəfindən edilən kömək çağırışlarını mərkəzə gətirir. Ekran əsəri sənədli və bədii üslub arasında balans yaradaraq səsi hadisənin əsas mənəvi şahidi kimi təqdim edir.

Fransa hökuməti ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na bu mərhələdə qoşulmayacağını açıqlayıb. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö açıqlamasında bildirib ki, “Sülh Şurası”nın nizamnaməsi Qəzzada müharibənin həlli ilə bağlı BMT qətnaməsinə uyğun gəlmir və sənəddə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd müddəalar mövcuddur. Onun sözlərinə görə, nizamnamə bir tərəfdən Qəzza ilə bağlı konkret mandatı əhatə etmir, digər tərəfdən isə beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edən elementlər ehtiva edir.

İsrail hökuməti Qəzza zolağında iki ildir davam edən müharibə fonunda müdafiə xərclərinin kəskin artmasını kompensasiya etmək və dövlət gəlirlərini artırmaq məqsədilə böyük silah istehsalçı şirkətlərdəki paylarının satışını gündəmə gətirib. İsrail Maliyyə Nazirliyinin Baş Mühasibi Yali Rotenberq “Financial Times” nəşrinə açıqlamasında İsrail Aerokosmik Sənayesi şirkətinin özəlləşdirilməsi istiqamətində hazırlıq işlərinə artıq başlanıldığını bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə şirkətin 25 faiz payının satışa çıxarılması nəzərdə tutulur və bu göstərici sonrakı mərhələlərdə 49 faizə qədər artırıla bilər.

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda “Sülh Şurası” adlı yeni beynəlxalq təşəbbüsün rəsmi olaraq fəaliyyətə başladığını açıqlayıb. Davosda keçirilən imzalanma mərasimində 19 ölkədən liderlər və yüksək vəzifəli rəsmilər “Sülh Şurası”nın təsis nizamnaməsinə imza atıblar. Trampın sədrlik etdiyi quruma üzvlük üçün daimi üzvlərdən 1 milyard dollar məbləğində ödəniş tələb olunur. ABŞ prezidenti mərasim zamanı çıxış edərək bildirib ki, Şuraya qoşulan liderlər “əksər hallarda çox populyar, bəzi hallarda isə o qədər də populyar olmayan” şəxslərdir.

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında səmimi dialoq baş tutub. Qeyri-rəsmi dialoq Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi zamanı baş tutub. Qeyd edək ki, Sülh Şurasının bəyan edilmiş məqsədi “sabitliyə töhfə vermək, qanuni idarəetməni bərpa etmək və münaqişə bölgələrində davamlı sülhü təmin etmək”, ilk növbədə isə 2023–2025-ci illər müharibəsindən sonra Qəzza sektorunda bu məqsədlərə nail olmaqdır.

ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumu çərçivəsində "Qəzza Sülh Şurası" üçün imzaların atıldığını və bölgədə hərbi əməliyyatların sona çatdığını elan edib. Forumdakı çıxışı zamanı Tramp HƏMAS-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə inandığını vurğulayıb. ABŞ lideri Qəzzada sülhün qısa müddət ərzində tam bərpa olunacağını və bölgənin yenidən qurulması prosesinə başlayacaqlarını diqqətə çatdırıb. Sülh Şurasının yaradılması ilə müharibədən sonrakı bərpa işlərinin beynəlxalq koordinasiya daxilində idarə olunması nəzərdə tutulur.

İsrail ordusu əldə olunmuş atəşkəs razılaşmasına rəğmən Qəzza zolağının bir neçə istiqamətini hava hücumları və artilleriya atəşi ilə hədəf alıb. Şahidlərin verdiyi məlumata görə hücumlar əsasən Qəzza şəhəri, Bureyc qaçqın düşərgəsi və Xan Yunus bölgələrini əhatə edib. İsrail hərbi birləşmələri Xan Yunusun şərq hissəsinə havadan və qurudan zərbələr endirib, eyni zamanda hərbi maşınlardan mülki şəxslərə qarşı nizamsız atəş açılıb. Bureyc qaçqın düşərgəsinin şərqindəki ərazilər də intensiv hava hücumlarına məruz qalıb.

Fələstin Baş naziri Məhəmməd Mustafa Qəzzada bərpa prosesinin ləngidilməsinin İsrailin əhalinin məcburi köçürülməsi planlarına xidmət etdiyini bildirib. Məhəmməd Mustafa Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı jurnalistlərə açıqlamasında Qəzzada kövrək atəşkəs şəraitində növbəti mərhələ üçün yol xəritəsini təqdim edib. Onun sözlərinə görə, proses təcili humanitar ehtiyacların ödənilməsindən başlamalı, bərpa, institutların qurulması və Qəzza ilə İordan çayının qərb sahilinin birləşdirilməsi ilə davam etməlidir.

Bir sıra ərəb və İslam ölkələri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə “Sülh Şurası”na qoşulmaq barədə birgə qərar qəbul edib. Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri yaydıqları birgə bəyanatda ölkələrinin “Sülh Şurası”na üzv olmaq qərarını açıqlayıblar. Bildirilib ki, hər bir dövlət üzvlüklə bağlı sənədləri öz milli hüquqi prosedurlarına uyğun şəkildə imzalayacaq. Qeyd edək ki, Misir, Pakistan və Birləşmiş Ərəb Əmirlikləri bu qərarı daha əvvəl elan etmişdi.