Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Bahçelidən Ərdoğana Qüds çağırışı: Qəzza və Qüds təşəbbüslərinə Ərdoğan rəhbərlik etməlidir

    25 Yanvar 2026 11:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Milliyətçi Hərəkat Partiyası sədri Devlet Bahçeli Qüds mövzusu ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana çağırış edib.

    AzerVoice xəbər verir ki, MHP lideri tv100 kanalına verdiyi müsahibədə Prezident Ərdoğanla aralarında keçən dialoqu bölüşüb. O xatırladıb ki, tarixdə Qüds adı ilə bağlı dörd böyük simvolik şəxsiyyət var: Hz. Ömər, Salahəddin Əyyubi, Yavuz Sultan Səlim və II Əbdülhəmid. Baxçalının sözlərinə görə, o, Prezident Ərdoğana “Bu dörd ad Qüds üçün simvoldur. Niyə beşinci siz olmayasınız?” deyə müraciət edib.

    Bahçeli bildirib ki, Türkiyənin regional və qlobal proseslərdə tutduğu mövqe Prezident Ərdoğanın Qüds məsələsində də tarixi rol oynamasına əsas yaradır.

    Bahçeli qeyd edib ki, tarixən Dəməşq və Qüds arasında strateji və siyasi bağlılıq mövcud olub və bölgədə insanlar güvənəcəkləri lider axtarır. Onun fikrincə, Türkiyə bu gün həm Rusiya–Ukrayna dialoqunda, həm də Qəzza məsələsində ən fəal ölkələrdən biridir və bu proseslərdə Prezident Ərdoğanın rolu xüsusi əhəmiyyət daşıyır.

    MHP sədri vurğulayıb ki, əgər Qəzza və Qüds məsələləri ilə bağlı beynəlxalq təşəbbüslərdə rəhbərlik mövqeyi formalaşacaqsa, bu postun Prezident Ərdoğana məxsus olması məntiqlidir. O, keçən həftə partiyasının qrup toplantısında da bu mövqeni ifadə etdiyini xatırladıb və mətbuatda bunun geniş əks-səda doğurduğunu bildirib.

    Bahçeli Prezident Ərdoğana dəstəyinin davam etdiyini xüsusi vurğulayıb.

    #Bahçelidən Qüds mesajı: Niyə beşinci siz olmayasınız? #MHP lideri Ərdoğanın Qüdsdə tarixi rolundan danışdı #Bahçeli Prezident Ərdoğanla Qüds dialoqunu açıqladı #Qüds mövzusunda Bahçelidən diqqətçəkən çağırış #MHP sədri: Qüds üçün yeni lider Türkiyə ola bilər #Bahçelinin Qüds çıxışı Türkiyədə gündəm oldu #Bahçeli’den Kudüs mesajı: Neden beşinci siz olmayasınız? #MHP liderinden Erdoğan’a dikkat çeken Kudüs çağrısı #Bahçeli Kudüs’le ilgili sözlerini ilk kez açıkladı #Erdoğan’a Kudüs vurgusu: Bahçeli’den tarihi benzetme #MHP lideri Kudüs konusunda Erdoğan’ı işaret etti #Bahçeli’nin Kudüs açıklaması gündem yarattı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Türkiyə və Liviya təhlükəsizlik məsələlərini müzakirə edib

    13 Fevral 2026 12:57

    İstanbulda çirkli gəlirlərin leqallaşdırılması işi üzrə 16 nəfər saxlanılıb

    13 Fevral 2026 11:19

    Türkiyədə 12 vilayətdə mütəşəkkil cinayət şəbəkələrinə qarşı əməliyyat keçirilib

    13 Fevral 2026 10:04

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    12 Fevral 2026 22:28

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    12 Fevral 2026 19:52

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    12 Fevral 2026 19:01

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    12 Fevral 2026 13:41

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    12 Fevral 2026 12:34

    Sudanda "Bayraktar AKINCI" PUA Çin istehsalı olan hava hücumundan müdafiə sistemini məhv edib

    11 Fevral 2026 20:05
    XƏBƏR LENTİ

    2018-2025-ci illərdə Nazirlik tərəfindən işlə təmin edilənlərin illik sayı 3,6 dəfə artıb

    Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

    Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

    Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

    DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edib

    Saxlanılan icra başçısının həbs müddəti uzadıldı

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.