Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Ərəb və İslam ölkələri Qəzza üzrə “Sülh Şurası”na qoşulur

    21 Yanvar 2026 22:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Bir sıra ərəb və İslam ölkələri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə “Sülh Şurası”na qoşulmaq barədə birgə qərar qəbul edib.

    AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri yaydıqları birgə bəyanatda ölkələrinin “Sülh Şurası”na üzv olmaq qərarını açıqlayıblar. Bildirilib ki, hər bir dövlət üzvlüklə bağlı sənədləri öz milli hüquqi prosedurlarına uyğun şəkildə imzalayacaq. Qeyd edək ki, Misir, Pakistan və Birləşmiş Ərəb Əmirlikləri bu qərarı daha əvvəl elan etmişdi.

    Nazirlər bəyanatda ölkələrinin ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə həyata keçirilən sülh səylərinə dəstəyini bir daha təsdiqləyib və Şuranın Qəzza münaqişəsinin sona çatdırılmasına dair BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə təsdiqlənmiş ümumi plan çərçivəsində keçid mexanizmi kimi fəaliyyətini dəstəkləməyə sadiq olduqlarını vurğulayıblar.

    Məlumata görə, “Sülh Şurası”nın əsas məqsədi Qəzzada daimi atəşkəsin təmin olunması, bölgənin bərpasına dəstək verilməsi, həmçinin beynəlxalq hüquqa uyğun şəkildə Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun və dövlət qurmaq haqqının təmin olunmasına əsaslanan ədalətli və davamlı sülhün təşviq edilməsidir. Bu prosesin regionda təhlükəsizlik və sabitliyə yol açacağı qeyd olunur.

    Eyni zamanda, Mərakeş Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda ölkə kralı VI Məhəmmədin Donald Trampın “Sülh Şurası”na təsisçi üzv qismində qoşulmaq dəvətini qəbul etdiyini açıqlayıb. Bildirilib ki, Rabat Şuranın təsis sənədlərinin ratifikasiyası istiqamətində zəruri addımlar atacaq.

    #Ərəb və İslam ölkələri Qəzza üzrə Sülh Şurasına qoşulur #Qəzza üçün beynəlxalq Sülh Şurasına səkkiz ölkə üzv oldu #Qəzza münaqişəsi: Ərəb və İslam ölkələrindən birgə sülh addımı #Qəzza üzrə Sülh Şurasına region ölkələrinin dəstəyi genişlənir #Qəzza planı: Ərəb və İslam dövlətləri Trampın təşəbbüsünü dəstəklədi #Qəzza üçün yeni diplomatik mexanizm: Sülh Şurasına üzvlük artır #Arap ve İslam ülkeleri Gazze Barış Konseyine katılıyor #Gazze için Barış Konseyine bölgesel destek büyüyor #Sekiz ülke Gazze Barış Konseyine üyelik kararı aldı #Gazze planında yeni adım: İslam ülkelerinden ortak karar #Gazze Barış Konseyine uluslararası katılım artıyor #Gazze’de kalıcı ateşkes için Barış Konseyi hamlesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərəb və İslam ölkələri Qəzza üzrə “Sülh Şurası”na qoşulur

    21 Yanvar 2026 22:17

    ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü

    21 Yanvar 2026 22:04

    Həsəkədə YPG-nin PUA hücumu nəticəsində yeddi Suriya hərbçisi həlak olub

    21 Yanvar 2026 21:34

    Suriya ordusu İŞİD-lə əlaqəli minlərlə şəxsin saxlanıldığı Əl-Hol düşərgəsinə nəzarəti ələ alıb

    21 Yanvar 2026 21:19

    Şəraa, Sudani və Bərzani ilə görüşdü

    21 Yanvar 2026 16:33

    Suriya Prezidenti Əhməd Əş-Şəraa Davos səfərini ləğv edib

    21 Yanvar 2026 15:42

    İsrail Livanın cənubuna hava zərbələri endirib

    21 Yanvar 2026 14:30

    Atəşkəsə baxmayaraq, İsrail Qəzza zolağına hücumlarını davam etdirib

    21 Yanvar 2026 10:56

    ​Suriya erməniləri YPG terror təşkilatına açıq şəkildə dəstək verdilər

    21 Yanvar 2026 10:55

    Səudiyyə Ərəbistanı və Fələstin xarici işlər nazirləri Davosda Qəzza böhranını müzakirə ediblər

    21 Yanvar 2026 10:04

    Doha artan regional gərginlik fonunda Dəniz Müdafiəsi Sərgisinə ev sahibliyi edir

    21 Yanvar 2026 04:00

    Müharibə və blokada Qəzzada itirilmiş nəsil təhlükəsini gücləndirir

    20 Yanvar 2026 18:23
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib

    Ərəb və İslam ölkələri Qəzza üzrə “Sülh Şurası”na qoşulur

    ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü

    Prezident İlham Əliyevin Davos mesajları: Sülh və strateji sabitlik, liderliyini gücləndirən Azərbaycan

    Həsəkədə YPG-nin PUA hücumu nəticəsində yeddi Suriya hərbçisi həlak olub

    Suriya ordusu İŞİD-lə əlaqəli minlərlə şəxsin saxlanıldığı Əl-Hol düşərgəsinə nəzarəti ələ alıb

    Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ikinci iclası keçirildi

    Bakı Metropoliteni tarixində ilk “Dayanıqlılıq Hesabatı”nı təqdim edib

    "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.