Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Bilal Ərdoğan da daxil olmaqla 29 Türkiyə vətəndaşının ölkəyə girişi qadağan edilib - İsrail mediası

    24 Yanvar 2026 09:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qəzza zolağında həyata keçirilən hücumlarla bağlı sərt tənqidlər fonunda İsrailin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da daxil olmaqla 29 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etməyə hazırlaşdığı iddia edilir.

    AzerVoice xəbər verir ki, Israel Hayom qəzetinin məlumatına görə, İsrailin Diaspora Nazirliyi aralarında siyasətçilər, jurnalistlər, akademiklər və ictimai xadimlərin olduğu 29 Türkiyə vətəndaşının İsrailə girişinin əngəllənməsi ilə bağlı tövsiyə xarakterli qərar qəbul edib.

    Məlumata əsasən, qadağa qərarının əhatə etdiyi şəxslər arasında Prezident Ərdoğanın oğlu Bilal Ərdoğan, Dini İşlər üzrə keçmiş sədr Əli Erbaş, İnsan Haqları və Azadlıqları (İHH) İnsani Yardım Fondunun sədri Bülənt Yıldırım da yer alır.

    İsrail tərəfi qərarı İsrailə qarşı “boykot çağırışları” və “antisemitizm” iddiaları ilə əsaslandırır. Bildirilir ki, qəbul edilən tövsiyə qərarı giriş qadağalarının icrası səlahiyyətinə malik olan Əhali və Miqrasiya İdarəsinə təqdim edilib.

    İsrailin Diaspora naziri Amiçay Çikli açıqlamasında Türkiyəni “düşmən dövlət” kimi xarakterizə edərək, İsrailə qarşı düşmən fəaliyyətlərdə iştirak edənlərə qarşı zəruri addımların atılmağa davam ediləcəyini iddia edib.

    İsrailin 2023-cü ilin oktyabr ayında Qəzza zolağına başladığı hücumlar nəticəsində 71 min 455 fələstinli həyatını itirib, 171 min 347 nəfər isə yaralanıb.

    Məlumata görə, 10 oktyabr tarixində qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu Qəzza zolağını hədəf almağı davam etdirir.

    #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Uşaq ölümü Qəzza #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29
    XƏBƏR LENTİ

    “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.