Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail müharibə xərclərini qarşılamaq üçün böyük silah şirkətlərindəki paylarını satmağı planlaşdırır

    22 Yanvar 2026 19:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail hökuməti Qəzza zolağında iki ildir davam edən müharibə fonunda müdafiə xərclərinin kəskin artmasını kompensasiya etmək və dövlət gəlirlərini artırmaq məqsədilə böyük silah istehsalçı şirkətlərdəki paylarının satışını gündəmə gətirib.

    AzerVoice xəbər verir ki, İsrail Maliyyə Nazirliyinin Baş Mühasibi Yali Rotenberq “Financial Times” nəşrinə açıqlamasında İsrail Aerokosmik Sənayesi şirkətinin özəlləşdirilməsi istiqamətində hazırlıq işlərinə artıq başlanıldığını bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə şirkətin 25 faiz payının satışa çıxarılması nəzərdə tutulur və bu göstərici sonrakı mərhələlərdə 49 faizə qədər artırıla bilər.

    Məlumata görə, İsrail hökuməti paralel olaraq Rafael Qabaqcıl Müdafiə Sistemləri şirkətinin də özəlləşdirilməsi imkanlarını araşdırır. Rəsmi dairələr hesab edirlər ki, bu addımlar həm artan hərbi xərclərin maliyyələşdirilməsinə töhfə verəcək, həm də dövlət büdcəsinə əlavə vəsait cəlb olunmasına şərait yaradacaq.

    Ekspertlərin qiymətləndirməsinə görə, Qəzza müharibəsi İsrailin müdafiə büdcəsinə ciddi yük salıb və silah sənayesində dövlət paylarının satışa çıxarılması maliyyə balansının bərpası üçün əsas alətlərdən biri kimi nəzərdən keçirilir.

    #İsrail müharibə xərcləri üçün silah şirkətlərindəki paylarını satır #Qəzza müharibəsi İsraili özəlləşdirməyə sövq etdi #İsrail Aerokosmik Sənayesində pay satışı gündəmdə #Tel-Əviv müdafiə xərclərini şirkət payları ilə kompensasiya edir #İsrail silah sənayesində dövlət payını azalda bilər #Müharibə büdcəsi: İsrail iri müdafiə şirkətlərini satışa çıxarır #İsrail savaş maliyetleri için savunma şirketlerini satmayı planlıyor #Gazze savaşı İsrail’i özelleştirmeye yöneltti #İsrail Havacılık Sanayii’nde hisse satışı gündemde #Tel Aviv savunma harcamaları için yeni adım attı #İsrail silah sanayisinde devlet payını düşürüyor #Savaş bütçesi İsrail’i savunma satışına zorluyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib

    17 Fevral 2026 16:29

    Suriyada mina partlayışı: jurnalist də daxil olmaqla 3 nəfər yaralandı

    17 Fevral 2026 15:56

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    17 Fevral 2026 12:54

    Səudiyyə, Türkiyə və Misirdən birgə bəyanat: İsrail beynəlxalq hüququ pozur

    17 Fevral 2026 12:32

    Qətərli sahibkarlar Suriyada yenidənqurma layihələrinə start verdi

    17 Fevral 2026 09:22

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    16 Fevral 2026 21:35

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    16 Fevral 2026 21:09

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07
    XƏBƏR LENTİ

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.