BAKI, AzerVoice
Davosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Sühl Şurasının Nizamnaməsinin imzalanması mərasimi keçirilib.
Bu barədə AzerVoice xəbər verir.
Qeyd edək ki, Sülh Şurasının açıqlanmış məqsədi — “sabitliyin təmin olunmasına töhfə vermək, qanuni idarəçiliyi bərpa etmək və münaqişə zonalarında, ilk növbədə 2023–2025-ci illərdəki müharibədən sonra Qəzza sektorunda dayanıqlı sülhü təmin etmək”dir. Birləşmiş Millətlər Təşkilatı bunu 2025-ci ilin noyabr ayında 2803 saylı qətnamə ilə təsdiqləyib. Yanvarın 16-da Ağ Ev Sülh Şurasına iki qurumun tabe olacağını elan etdi: İcraiyyə Şurası və Qəzza üzrə İcra Komitəsi. Onun tərkibinə qoşulmaq üçün onlarla dövlət başçısına dəvət göndərilib.
16 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası” adlı beynəlxalq təşkilatın yaradılması barədə qərar qəbul etdiyini elan edib və Azərbaycan Respublikasını bu təşkilatın təsisçi dövləti olmağa dəvət edib.
Azərbaycan bu dəvəti qəbul edib və “Sülh Şurası”nın təsisçi dövləti olmaq niyyətini ABŞ tərəfinə çatdırıb. Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.