Axtarış nəticələri "qəzza" (2642)

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun bugün İsrailə səfər edəcəyi gözlənilir. Mənbələrin bildirdiyinə görə, Uitkoff həmçinin Qəzza zolağına səfər edə və Qəzzaya Humanitar Yardım Fondu (GHF) tərəfindən yaradılan yardım paylama məntəqələrini ziyarət edə bilər.

İsrail artıq 22 aydır Fələstin xalqını amansız şəkildə qətlə yetirir. Aclığın fələstinlilərə qarşı silah kimi istifadə olunması, İsrailin insanlıqdan nə qədər uzaq olduğunu açıq şəkildə göstərir. Qəzzadan yayılan görüntülər nasist düşərgələrindən belə daha dəhşətli, daha qəddar və qeyri-insani mənzərə yaradır.