Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Ərdoğan Qəzzadakı aclıq fəlakətinə diqqət çəkib

    1 Sentyabr 2025 15:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada 23 aydır davam edən vəhşiliyin dayandırılmamasını kəskin tənqid edərək, bunun heç bir izahının olmadığını bildirib.

    AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısının Genişləndirilmiş İclasında Meyjiang Konqres Mərkəzində çıxış edib. Çıxışında Qəzza zolağında yaşanan humanitar faciəyə xüsusi diqqət çəkən Ərdoğan, 23 aydır körpələrin, uşaqların və yaşlıların aclıqdan öldüyü bu vəhşiliyin davam etməsinin qəbuledilməz olduğunu vurğulayıb.

    “Qəzzada 23 aydır amansız vəhşilik hökm sürür. Körpələrin, uşaqların və qocaların aclıqdan öldüyü bu faciənin dayandırılmamasının heç bir məqbul izahı yoxdur.”- deyə Ərdoğan çıxışında deyib. O, beynəlxalq ictimaiyyəti Qəzzadakı vəziyyətə qarşı səssiz qalmamağa və təcili tədbirlər görməyə çağırıb.

    Bununla yanaşı, Ərdoğan Suriyadakı vəziyyətə də toxunaraq, Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini və bu ölkənin təhlükəsizliyinə qarşı hər hansı təhdidə qarşı olduqlarını bildirib. O, Suriyada yeni bir dövrün başlandığını və Türkiyənin bu prosesdə konstruktiv rol oynamağa hazır olduğunu qeyd edib.

    Qeyd edək ki, Qəzza zolağında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumları və blokadası nəticəsində minlərlə mülki şəxs həyatını itirib, regionda aclıq və humanitar böhran dərinləşib.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Fələstin #Qəzza zolağı #Suriya #humanitar yardım #humanitar böhran #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) #Qəzzada humanitar böhran #Fələstin humanitar yardımı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    12 Fevral 2026 12:34

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Ərdoğan təhqirə məruz qalan qadın bələdiyyə sədrinə dəstək verib

    11 Fevral 2026 15:48
    XƏBƏR LENTİ

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

    Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

    Türkiyənin Kocaeli limanında gəmi hərəkəti artıb (ÖZƏL)

    AFAD 30-dan çox generator satın alacaq

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.