Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Qəzza zolağında aclıqdan ölümlər artır

    1 Sentyabr 2025 14:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Son 24 saatda Qəzza zolağında aclıq və qida çatışmazlığı səbəbindən üçü uşaq olmaqla , 9 nəfər həyatını itirib.

    AzerVoice xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi aclıqdan ölənlərlə bağlı son məlumatları özündə əks etdirən yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, son bir gündə üçü uşaq olmaqla 9 fələstinli aclıq və qida çatışmazlığı səbəbindən dünyasını dəyişib. 2023-cü ilin oktyabr ayının 7-dən bəri Qəzzada aclıqdan ölənlərin sayı 348-ə çatıb, onların 127-si uşaqlardır.

    Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 22 avqust tarixində Qəzzada aclıq elan etdikdən sonra 12-si uşaq olmaqla 70 nəfər aclıq və qida çatışmazlığından həyatını itirib. IPC-nin son hesabatında qeyd olunur ki, 15 avqust 2025-ci il tarixinə Qəzza şəhərində aclıq “fəlakətli səviyyə” kimi təsnif edilən 5-ci səviyyədədir. Hesabatda vurğulanır ki, 22 aylıq amansız münaqişə nəticəsində Qəzza zolağında yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümə səbəb olan dəhşətli şəraitlə üzləşib.

    İsrailin hərbi hücumları və humanitar yardımları məhdudlaşdıran sərt blokadası Qəzza zolağını geniş miqyaslı aclıq, su, dərman və gigiyena ləvazimatlarının çatışmazlığı ilə üzləşən humanitar fəlakətə sürükləyib. Xüsusilə uşaqlar arasında aclıqdan ölüm halları kəskin şəkildə artmaqdadır. Yerli və beynəlxalq təşkilatlar İsrailin “aclıq və susuzluğu silah kimi” istifadə etdiyini bildirir.

    Qəzzanın 2,3 milyonluq əhalisindən təxminən 2 milyonu İsrailin hücumları və deportasiya əmrləri səbəbindən didərgin düşüb, bir çoxu dəfələrlə yurd-yuvasından köçməyə məcbur olub. Əsas ləvazimatlardan məhrum olan fələstinlilər müvəqqəti çadırlarda və ya yoluxucu xəstəliklərin yayıldığı, gigiyena ləvazimatlarının çatışmadığı və sanitar şəraitin son dərəcə aşağı olduğu həddindən artıq dolu məktəblərdə sağ qalmağa çalışır. İsrail ordusu isə köçkünlərin sığındığı çadırları və mülki obyektləri hər gün bombalayaraq hücumlarını davam etdirir.

    Qeyd edək ki, Qəzza zolağında yaşanan bu humanitar fəlakət İsrailin 2023-cü ilin oktyabr ayından bəri davam edən hərbi hücumları və sıx blokadası nəticəsində yaranıb, bu da mülki əhalinin əsas ehtiyaclara çıxışını kəskin şəkildə məhdudlaşdırıb.

    #Fələstin #Qəzza zolağı #BMT #humanitar böhran #Təhsil və humanitar əlaqələr #Humanitar fəlakət Qəzza #Humanitar yardım təşəbbüsləri #Fələstin humanitar yardımı #Qəzzada aclıq və səfalət #Qəzzada aclıq və resurs çatışmazlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    XƏBƏR LENTİ

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

    Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

    Türkiyənin Kocaeli limanında gəmi hərəkəti artıb (ÖZƏL)

    AFAD 30-dan çox generator satın alacaq

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.