Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail ordusunun Qəzzaya hava hücumları nəticəsində 19 fələstinli həlak olub

    1 Sentyabr 2025 12:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun bu səhər saatlarında Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava hücumları nəticəsində, aralarında uşaqlar və məcburi köçkün fələstinlilərin də olduğu 19 nəfər həlak olub.

    AzerVoice xəbər verir ki, xəstəxana mənbələrinin və hadisə şahidlərinin verdiyi məlumata görə, Qəzza şəhərinin qərbində yerləşən Şati Qaçqınlar Düşərgəsi ətrafında bir evə hava hücumu təşkil olunub. Hücum nəticəsində hamilə qadın, iki uşaq daxil olmaqla 3 nəfər həlak olub.

    Şati düşərgəsində məcburi köçkünlərin yaşadığı bir çadır da bombalanıb, nəticədə 1 fələstinli həyatını itirib.

    Eyni düşərgənin Kavka döngəsi yaxınlığında yerləşən bir evə edilən hava hücumunda isə çox sayda fələstinli yaralanıb.

    Qəzzanın mərkəzi hissəsindəki Nafak küçəsində yerləşən və məcburi köçkünlərin yaşadığı evə təşkil olunan hava hücumu nəticəsində 5 fələstinli ölüb, çox sayda insan isə yaralanıb.

    İsrail qüvvələri həmçinin Qəzza şəhərinin mərkəzində yerləşən Sahabə Xəstəxanası ətrafında bir binanı hava zərbələri ilə vurub. Bir ailə – ər, arvad və uşaqları olmaqla 3 nəfər bu hücumda həyatını itirib.

    Şəhərin şimalındakı Şeyx Rıdvan məhəlləsində yerləşən bir evin bombalanması nəticəsində isə 4 fələstinli həlak olub, yaralananlar da var.

    İsrail ordusu Qəzzanın cənubundakı Zeytun məhəlləsində fələstinlilərə məxsus evləri və digər tikililəri partlatmağa davam edir.

    Bundan əlavə, şəhərin şərqindəki Şucaiyyə məhəlləsi də İsrail hərbi təyyarələri tərəfindən şiddətli bombardmana məruz qalır.

    Qəzza zolağının mərkəzində yerləşən Bureyc Qaçqınlar Düşərgəsində bir evə təşkil edilən hava hücumu nəticəsində bir ailə – ər, arvad və qız uşaqları olmaqla 3 nəfər həyatını itirib.

    Eyni zamanda, xəstəxana yaxınlığında yerləşən bir çadır pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alınıb, bu hücumda çox sayda insan yaralanıb.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    XƏBƏR LENTİ

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

    Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

    Türkiyənin Kocaeli limanında gəmi hərəkəti artıb (ÖZƏL)

    AFAD 30-dan çox generator satın alacaq

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.