Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Anduril ABŞ Donanmasının pilotsuz döyüş təyyarəsi proqramına qoşuldu

    8 Sentyabr 2025 10:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ-ın müdafiə sənayesində yeni, lakin sürətlə inkişaf edən şirkətlərdən biri olan Anduril, ABŞ Donanmasının uçak gəmisi əsaslı pilotsuz döyüş təyyarəsi proqramı olan Carrier-Ready Collaborative Combat Aircraft (CCA) layihəsinə rəsmi şəkildə qoşulub.

    AzerVoice xəbər verir ki, Anduril Boeing, Lockheed Martin, General Atomics və Northrop Grumman kimi nəhəng müdafiə şirkətləri ilə eyni sırada yer alaraq proqramın əsas iştirakçılarından birinə çevrilib.

    Proqramın əsas məqsədi, pilotlu döyüş təyyarələri ilə yanaşı fəaliyyət göstərə bilən, aşağı maliyyətli və geniş miqyasda istehsal oluna bilən pilotsuz döyüş platformalarının hazırlanmasıdır. ABŞ Donanması bu təşəbbüslə daha çevik, modern və büdcəyə uyğun döyüş sistemlərini donanma tərkibinə sürətli şəkildə inteqrasiya etməyi hədəfləyir.

    Anduril şirkəti yayımladığı rəsmi bəyanatda bildirib ki, ABŞ Donanması onları CCA proqramı üçün dizaynlar hazırlamaq üzrə seçib və şirkət sürətli və genişmiqyaslı istehsal imkanları ilə Donanmanın xüsusi tələblərinə cavab verə biləcək platformalar təqdim etməyə fokuslanıb. Bu açıqlama ilə Anduril, texnoloji çevikliyini və müdafiə sənayesində yüksələn rolunu bir daha vurğulayıb.

    CCA proqramında rəqabət son dərəcə güclüdür. Lockheed Martin layihənin ortaq idarəetmə proqram təminatını hazırlayır, Northrop Grumman isə dəniz aviasiyası və süni intellekt sahəsindəki təcrübəsini tətbiq edir. General Atomics hal-hazırda YFQ-42A dizaynı üzərində işləyərək dəniz uyğunluğunu artırmağa çalışır. Boeing isə layihəyə uzun illərin sənaye təcrübəsi və istehsal gücü ilə qatılır.

    Anduril-in bu sahədəki əsas üstünlüklərindən biri onun çevik və sürətli çatdırılma qabiliyyətidir. Şirkət daha əvvəl Ukraynaya qısa müddət ərzində müdafiə sistemləri göndərməsi və Tayvana yüksək texnologiyalı pilotsuz uçuş aparatları təmin etməsi ilə diqqət çəkmişdi. Hazırda Anduril-in inkişaf etdirdiyi YFQ-44A “Fury” adlı pilotsuz döyüş təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin CCA proqramında finalist seçilib və yaxın vaxtlarda ilk uçuşunu reallaşdıracağı gözlənilir.

    Layihə çərçivəsində hər bir pilotsuz təyyarənin təxminən 15 milyon ABŞ dollarına başa gəlməsi planlaşdırılır. Bu isə Donanmaya daha çox sayda platformanı daha qısa müddətdə əldə etməyə imkan verəcək. İlkin əməliyyat sistemlərinin bu onilliyin ikinci yarısında – 2030-cu ilədək istifadəyə verilməsi nəzərdə tutulur. ABŞ Donanması hal-hazırda MQ-25 tanker dronu vasitəsilə uçak gəmisi əsaslı avtonom uçuş qabiliyyətlərini sınaqdan keçirməyə hazırlaşır.

    #ABŞ #Tayvan #Anduril və OpenAI əməkdaşlığı #ABŞ-Tayvan silah tədarükü #Anduril #ABŞ Donanması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp ABŞ-ın neft şirkətlərinin rəhbərləri ilə Venesuelanı müzakirə edib

    10 Yanvar 2026 12:44

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Tramp öz ölkəsinin problemlərinə baxsın - Xamenei

    9 Yanvar 2026 13:55

    İran, ABŞ və İsraillə müharibəyə hazırdır - İran XİN rəhbəri

    9 Yanvar 2026 09:58

    Danimarka Qrenlandiyanın müdafiəsi üçün 1952-ci il hərbi fərmanını yenidən gündəmə gətirdi

    8 Yanvar 2026 13:47

    ABŞ Somaliyə bütün yardımları dayandırdığını açıqlayıb

    8 Yanvar 2026 11:25

    Tramp Ağ Evdə Kolumbiya prezidenti ilə görüşücək

    8 Yanvar 2026 09:31

    Sevil Mikaylova: Prezident İlham Əliyevin müsahibəsi strateji mesajdır və növbəti illərin yeni geosiyasi mərhələsinin təsvirini yaradır

    6 Yanvar 2026 17:28

    İran ABŞ-ın hegemonluğuna boyun əyməyəcək - SEPAH rəsmisi

    6 Yanvar 2026 13:58

    Venesuela müxalifət lideri Maria Korina Maçado ölkəyə qayıdacağını bəyan edib

    6 Yanvar 2026 13:33

    Venesuela XİN rəhbəri ABŞ-ın hərbi təcavüzünü qınadığına görə İrana təşəkkür edib

    6 Yanvar 2026 12:02

    ABŞ vitse-prezidentinin evinə hücum edilib

    5 Yanvar 2026 17:19
    Demo
    XƏBƏR LENTİ

    Vaşinqtonun beynəlxalq qurumlardan çıxışı: Qlobal nizamı sarsıdan strateji zəlzələ

    Bu gün Silikon Vadisi anlayışı ilk dəfə mətbuatda yer aldı

    Tarixdə bu gün – 11 yanvar

    Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarını təsdiqlədi

    Cənubi Afrika BRICS dəniz təlimlərini zəruri adlandırıb

    Paris NATO-dan kənar Ukraynaya qoşun göndərilməsini müzakirə edir

    Hələb şəhər mərkəzində qubernatorluq binasına dron hücumu edilib

    ABŞ-da ICE-ə qarşı etiraz dalğası başlayıb

    İranda rejimin ən sadiq dayağı olan bazar tacirləri niyə etiraz edir?

    “Putin Trampı yorub?” — Vaşinqton Rusiyaya qarşı sərt addımlar atır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.