BAKI,AzerVoice, Nailə Babazadə
ABŞ Dövlət Departamenti Somaliyə yönəlik bütün yardımların dayandırıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, departamentin yazılı açıqlamasında bildirilir ki, “Somali Federal Hökumətinə birbaşa və ya dolayı yolla fayda verən bütün ABŞ yardım proqramları dayandırılmışdır.”
Açıqlamada həmçinin vurğulanır ki, bu addım, Somali hökumətinin “qəbul edilməz hərəkətləri” nəticəsində atılıb və yardımların davam etməsi Somali hökumətinin zəruri islahat və düzəlişləri həyata keçirməsinə bağlıdır.
ABŞ Dövlət Departamentindən Associated Press-ə danışan yüksək vəzifəli rəsmisi bildirib ki, Departament Somaliyə yönəlik yardım proqramlarını ətraflı və fərdi şəkildə nəzərdən keçirir. Bu proses nəticəsində bəzi proqramlar ya dayandırıla, ya da tamamilə ləğv edilə bilər.
Rəsmi Somali’yi uzun müddətdir “ABŞ yardımlarının yetərincə nəzarət edilmədiyi bir qara dəlik” adlandıraraq, Prezident Donald Trump idarəsinin dolandırıcılığa açıq proqramları sona çatdırmaq üçün tədbirlər gördüyünü qeyd edib.
Həmçinin, Mogadişu Limanında yerləşən və ABŞ tərəfindən maliyyələşdirilən Dünya Qida Proqramı (WFP) deposunun dağıdılması və tonlarla ərzaq yardımına əl konulması, yardımların dayandırılmasının əsas səbəblərindən biri kimi göstərilib.
