Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Paris NATO-dan kənar Ukraynaya qoşun göndərilməsini müzakirə edir

    10 Yanvar 2026 21:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Fransa Prezidenti Emmanuel Macron hökumət, hərbi komandanlıq və parlament nümayəndələrinin iştirakı ilə keçirilən qapalı iclasda Ukraynaya müharibədən sonra fransız qoşunlarının yerləşdirilməsi imkanlarını müzakirə edib.

    AzerVoice xəbər verir ki, bu barədə Le Monde qəzeti mənbələrə istinadən məlumat yayıb.

    Nəşrin yazdığına görə, iclasda prezidentin təklif etdiyi plan əleyhinə ümumilikdə ciddi etiraz səslənməyib. Təxminən üç saat davam edən görüşdə 30-a yaxın şəxs iştirak edib. Onların arasında Fransa hökumətinin üzvləri, Silahlı Qüvvələrin Baş Qərargah rəsmiləri, eləcə də Milli Assambleya və Senat rəhbərliyi yer alıb.

    Müzakirələr zamanı bəzi iştirakçılar NATO-dan kənar formatda yaradılacaq “istəklilər koalisiyası”nı mümkün alternativ kimi qiymətləndirib. Bununla yanaşı, ABŞ administrasiyasının Rusiya tərəfindən mümkün sülh razılaşmasının pozulacağı halda müdaxilə edib-etməyəcəyi ilə bağlı şübhələr də səsləndirilib.

    Parlamentin müdafiə komitəsinin üzvlərindən biri bildirib ki, Makron ABŞ-dan təhlükəsizlik zəmanətləri aldığını desə də, Vaşinqtonun mövqeyinə ehtiyatla yanaşmaq lazımdır.

    Mənbələrin məlumatına görə, Fransa prezidenti vurğulayıb ki, beynəlxalq qüvvələr yerləşdiriləcəyi təqdirdə birbaşa cəbhə xəttindən uzaqda olacaq və əsas məqsəd Ukrayna ordusuna dəstək verməkdən ibarət olacaq.

    Müxalifət partiyalarının nümayəndələri isə qoşun göndərilməsi üçün əlavə şərtlər irəli sürüblər. “Tabe Olmayan Fransa” fraksiyasının lideri Matilda Pano fransız hərbçilərinin göndərilməsi üçün BMT mandatının vacibliyini bildirib. Kommunist Partiyasının rəhbəri Fabien Russel isə BMT himayəsi altında sülhməramlı missiyanın yaradılmasını dəstəkləyərək zorakılığın yenidən alovlanması riskinə diqqət çəkib.

    “Milli Birlik” Partiyasının lideri Marine Le Pen də fransız kontingentinin yalnız BMT çərçivəsində yerləşdirilməsini məqbul saydığını açıqlayıb.

    Britaniya–Fransa planı

    Xatırladaq ki, yanvarın 8-də The Times qəzeti mənbələrə istinadən Böyük Britaniya və Fransanın sülh razılaşması əldə olunacağı halda Ukraynaya 15 minə qədər hərbçi göndərmək barədə razılığa gəldiyini yazmışdı. Nəşrin məlumatına görə, bu qüvvələrin yarısının Fransadan, yarısının isə Böyük Britaniyadan olacağı nəzərdə tutulur.

    Eyni zamanda qeyd olunur ki, hələlik yalnız iki ölkə bu missiyada iştiraka hazır olduğunu bildirib ki, bu da ilkin gözləntilərdən xeyli azdır. Almaniya isə Ukrayna sərhədlərinə yaxın ərazilərdə, o cümlədən Polşa və ya Rumıniyada qüvvə yerləşdirilməsi variantını nəzərdən keçirir.

    Paris Ukraine troop deployment, France NATO alternative Ukraine, Macron security guarantees Ukraine, coalition of willing European forces, post-war Ukraine military presence

    #Paris #Paris Ukraynaya NATO-dan kənar qoşun göndərilməsini müzakirə edir #Makron müharibədən sonra Ukraynaya fransız hərbçilərinin yerləşdirilməsini gündəmə gətirdi #Fransa Ukrayna üçün istəklilər koalisiyası variantını nəzərdən keçirir #Paris Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə şübhə ilə yanaşır #Fransa və Britaniya Ukraynaya qoşun göndərmək planını müzakirə edir #NATO dışı Ukrayna’ya asker gönderilmesini tartışıyor #Macron Ukrayna için Fransız askeri seçeneğini gündeme aldı #Fransa’dan Ukrayna’ya istekliler koalisyonu mesajı #Paris’te ABD’nin güvenlik garantilerine şüphe #Fransa ve İngiltere Ukrayna misyonunu görüşüyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski və Tramp yenidən görüşəcəklər

    4 Yanvar 2026 10:00

    Paris klubu "Beşiktaş"a təklif göndərib

    3 Yanvar 2026 17:54

    Kanada Baş naziri Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedəcək

    2 Yanvar 2026 21:23

    “Liverpul” PSJ-nin hücumçusunu icarəyə götürmək istəyir

    27 Dekabr 2025 11:59

    Parisdə Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və Livanın iştirakı ilə dördtərəfli görüşü keçiriləcək

    18 Dekabr 2025 09:40

    Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib

    16 Dekabr 2025 10:13

    Makron silahlanmağa çağırır: Fransa Avropanın yeni hərbi təcrübəsinə start verir

    29 Noyabr 2025 09:52

    Abbas Əraqçi ikitərəfli və regional məsələləri müzakirə üçün bu həftə Fransaya səfər edəcək

    25 Noyabr 2025 10:16

    Uğur simvolu olan COP29-a qarşı problem yüklü COP30

    22 Noyabr 2025 13:49

    Bricit Makrona qarşı kiberzorakılıq ittihamı ilə 10 nəfər mühakimə olunur

    28 Oktyabr 2025 02:00

    Fərid Qayıbov COP10-un sədri seçilib

    20 Oktyabr 2025 22:59

    Eyfel Qülləsi söküləcəkmi?

    19 Oktyabr 2025 17:30
    Demo
    XƏBƏR LENTİ

    “Ştutqart” Leverkuzendə “Bayer”i darmadağın etdi

    BƏƏ terrorla mübarizədə oyunun qaydalarını necə dəyişir?

    Keçən il Türkiyədə 676 mindən çox qəza baş verib (ÖZƏL)

    BƏƏ-də müsəlmanlar 2030-cu ildə Ramazanı iki dəfə oruc tutacaq – səbəb nədir?

    Yuxuda yağış: xeyir, bolluq, yoxsa xəbərdarlıq?

    Vaşinqtona sərt müxalif mövqeyi ilə tanınan Venesuela daxili işlər naziri kimdir?

    Vaşinqtonun beynəlxalq qurumlardan çıxışı: Qlobal nizamı sarsıdan strateji zəlzələ

    Bu gün Silikon Vadisi anlayışı ilk dəfə mətbuatda yer aldı

    Tarixdə bu gün – 11 yanvar

    Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarını təsdiqlədi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.