Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran ABŞ-ın hegemonluğuna boyun əyməyəcək - SEPAH rəsmisi

    6 Yanvar 2026 13:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İran ABŞ-ın təzyiq və hədələrinə boyun əyməyəcək.

    AzerVoice xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sədr müavini, briqada generalı Əhməd Vahidi ABŞ Prezidenti Donald Trampın son bəyanatlarını şərh edərkən bildirib.

    Vahidi qeyd edib ki, ABŞ hazırda strateji tənəzzül mərhələsindədir və əvvəllər qlobal üstünlük üçün istifadə etdiyi mexanizmlər effektivliyini itirib. Onun sözlərinə görə, Vaşinqton bu səbəbdən məqsədlərinə çatmaq üçün güc tətbiqi, müharibə, terror və talan siyasətinə üstünlük verir.

    SEPAH rəsmisi vurğulayıb ki, suveren bir ölkənin prezidentinin zorla aparılması və ya general Qasım Süleymaninin qətlə yetirilməsi güc nümayişi deyil, əksinə, zəifliyin göstəricisidir.

    Vahidi bildirib ki, Süleymaninin mübarizəsinin nəticəsi kimi dəyərləndirilən “Əl-Əqsa Tufanı” əməliyyatı İsrail rejiminin əsl mahiyyətini dünya ictimaiyyətinə göstərib və bu rejim qlobal miqyasda ən çox nifrət edilən aktorlardan birinə çevrilib.

    O, düşmənlərin gözləntilərinin əksinə olaraq, Süleymaninin qətlə yetirilməsinin İranı zəiflətmədiyini, əksinə, ölkənin daha da gücləndiyini deyib. Vahidi əlavə edib ki, İran xalqı qorxuya düşməyəcək və ABŞ-ın hegemonluğuna tabe olmayacaq.

    SEPAH sədr müavini çıxışının sonunda bildirib ki, möhkəm mövqe və müqavimət İran xalqının gələcəyini təmin edəcək və xarici təhdidlər ölkəni yolundan döndərə bilməyəcək.

    #İran #ABŞ #Donald Tramp #Venesuela #Nikolas Maduro #SEPAH #İran-ABŞ münasibətləri #İran–Venesuela münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampın hədəfi Qrenlandiyanı işğal etmək deyil, satın almaqdır - Rubio

    7 Yanvar 2026 11:14

    Sevil Mikaylova: Prezident İlham Əliyevin müsahibəsi strateji mesajdır və növbəti illərin yeni geosiyasi mərhələsinin təsvirini yaradır

    6 Yanvar 2026 17:28

    Venesuela müxalifət lideri Maria Korina Maçado ölkəyə qayıdacağını bəyan edib

    6 Yanvar 2026 13:33

    Venesuela XİN rəhbəri ABŞ-ın hərbi təcavüzünü qınadığına görə İrana təşəkkür edib

    6 Yanvar 2026 12:02

    Venesuelada 1 ay ərzində seçki olmayacaq - Tramp

    6 Yanvar 2026 12:01

    İranda etirazlarda ölənlərin sayı 35-ə çatıb

    6 Yanvar 2026 11:36

    Ukrayna, Qəzzanın və Venesuelanın ərazi bütövlüyü müzakirə mövzusu deyil - İspaniya

    6 Yanvar 2026 09:19

    İsveçrə, Maduro və bağlantılıların varlıqlarını dondurub

    5 Yanvar 2026 17:30

    ABŞ vitse-prezidentinin evinə hücum edilib

    5 Yanvar 2026 17:19

    Maduro helikopterlə Manhetten məhkəməsinə aparılıb

    5 Yanvar 2026 16:59

    Kolumbiya suverenliyi heç bir xarici təhdidlə sarsıdıla bilməz - Kolumbiya lideri

    5 Yanvar 2026 16:25

    Tehranda MOSSAD agenti saxlanıldı

    5 Yanvar 2026 15:45
    Demo
    XƏBƏR LENTİ

    Fələstinli xristianlar İsrail işğalı şəraitində Miladı qeyd ediblər

    Güləş üzrə Azərbaycan çempionatına start verilib

    Sudanda RSF tərəfindən cinsi zorakılığa məruz qalanlar arasında körpələrin də olduğu bildirilir

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub

    Venesuela hələ başlanğıcdır: ABŞ qlobal nizamı dağıdır

    Mətbuat assosiasiyası İsrailin Qəzzaya media girişinə qoyduğu qadağanı pisləyib

    Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib

    Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

    Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.