Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp ABŞ-ın neft şirkətlərinin rəhbərləri ilə Venesuelanı müzakirə edib

    10 Yanvar 2026 12:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    ABŞ Prezidenti Donald Tramp ABŞ-ın aparıcı neft şirkətlərinin rəhbərləri ilə Venesueladakı enerji sektoru və investisiya imkanlarını müzakirə edib.

    AzerVoice xəbər verir ki, Tramp bildirib ki, Amerika neft şirkətləri Venesuelada zəruri istehsal gücü və infrastrukturun qurulması üçün ən azı 100 milyard dollar sərmayə yatıracaq.

    O vurğulayıb ki, şirkətlərin əsas ehtiyacı maliyyə deyil, təhlükəsizlik və dövlət təminatıdır.

    Görüşdə Chevron, ExxonMobil, ConocoPhillips, Continental, Halliburton, Valero, Marathon, Shell, Trafigura, Vitol Americas, Repsol, Eni, Hilcorp və digər iri enerji şirkətlərinin rəhbərləri iştirak edib. Tədbirdə, həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və enerji naziri Kris Rayt da yer alıb.

    Tramp çıxışında bildirib ki, böyük Amerika şirkətləri Venesuelanın hazırda ağır vəziyyətdə olan neft sənayesinin sürətlə bərpasında əsas rol oynaya bilər. Onun sözlərinə görə, milyonlarla barel neft hasilatının bərpası ABŞ-a, Venesuela xalqına və qlobal enerji bazarına fayda verəcək.

    ABŞ Prezidenti qeyd edib ki, Venesuela ötən cümə axşamı 4 milyard dollar dəyərində 30 milyon barel nefti ABŞ-a verib və hazırda bu neft ABŞ-a daşınır.

    Tramp hansı neft şirkətlərinin Venesuelada fəaliyyət göstərə biləcəyinə ABŞ administrasiyasının qərar verəcəyini, şirkətlərlə ayrıca razılaşmalar imzalanacağını bildirib. O, ABŞ şirkətlərinə tam təhlükəsizlik zəmanəti veriləcəyini və onların Venesuela ilə deyil, birbaşa ABŞ hökuməti ilə işləyəcəyini vurğulayıb.

    Trampın sözlərinə görə, Amerika şirkətləri Venesuelanın köhnəlmiş enerji infrastrukturunu yenidən qurmaq və neft hasilatını görünməmiş səviyyəyə çatdırmaq imkanı əldə edəcək.

    “ABŞ və Venesuelanı bir araya gətirdikdə, dünyadakı neft ehtiyatlarının təxminən 55 faizinə nəzarət etmiş oluruq” – deyə Tramp bildirib.

    ABŞ Prezidenti qeyd edib ki, əgər ABŞ bu prosesi həyata keçirməsəydi, bunu Çin və ya Rusiya edəcəkdi. Onun sözlərinə görə, Vaşinqton bu ölkələrə Venesuelada enerji sektorunda yer almamalarını açıq şəkildə bildirib.

    Tramp əlavə edib ki, Çin və Rusiya istədikləri halda ABŞ-dan neft ala bilərlər, lakin Venesueladakı proses ABŞ-ın nəzarəti altında olacaq.nMobil rəhbərliyinin işlərə bir neçə həftə ərzində başlamağa hazır olduqlarını bildirməsinə cavab olaraq isə Tramp, “Biz sürət və keyfiyyət istəyirik,” deyə vurğulayıb.

    #ABŞ #Donald Tramp #Venesuela #Marko Rubio #ABŞ administrasiyası #Cey Di Vens #ABŞ Venesuela əməliyyatı #ABŞ Venesuela hərbi müdaxilə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Davosda Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında geniş tərkibdə görüş keçirilib

    22 Yanvar 2026 15:52

    Davosda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında səmimi dialoq

    22 Yanvar 2026 15:50

    Davosda "Sülh Şurasının Nizamnaməsi"ni imzalandı

    22 Yanvar 2026 14:51

    Qəzzanı yenidən inşa edəcəyik - Tramp

    22 Yanvar 2026 14:49

    Azərbaycan və Ermənistan liderləri mənim dostlarıma çevriliblər - Tramp

    22 Yanvar 2026 14:39

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    Meksika ABŞ-ın sanksiyalarına baxmayaraq Kubaya neft tankerləri göndərir

    22 Yanvar 2026 11:18

    Zelenski Davosda Trampla görüşəcək, Rusiya ilə atəşkəs müzakirə olunacaq

    22 Yanvar 2026 10:50

    ABŞ artan ticarət kəsirini tariflərlə kəskin şəkildə azaldıb - Tramp

    21 Yanvar 2026 19:34

    ABŞ rekord həddə investisiya öhdəlikləri əldə edib - Tramp

    21 Yanvar 2026 19:08

    ABŞ bütün dünyada nüvə enerjisinin inkişafını dəstəkləyir - Tramp

    21 Yanvar 2026 18:15

    Hakan Fidan Sülh Şurasında Ərdoğanı təmsil edəcək

    21 Yanvar 2026 17:51
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakının görüntüləri paylaşılıb

    İsrail müharibə xərclərini qarşılamaq üçün böyük silah şirkətlərindəki paylarını satmağı planlaşdırır

    Prezident Ərdoğan İran prezidenti ilə regional məsələləri müzakirə edib

    Tramp Davosda “Sülh Şurası”nın yaradıldığını elan etdi

    SEPAH ABŞ və İsraili “səhv hesablamalardan” çəkinməyə çağırdı

    Tərtərdə DOST filialı fəaliyyətə başladı

    Keçən il Türkiyədən Özbəkistana hazır geyim ixracı 30 milyon dolları keçib (ÖZƏL)

    MEDİA Azərbaycan Prezidenti adından “deepfake” texnologiyası ilə hazırlanmış saxta məlumatla bağlı açıqlama yayıb

    Aİ İranda etirazlara qarşı zorakılığı pisləyən qətnaməni qəbul etdi

    II Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.