Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Sevil Mikaylova: Prezident İlham Əliyevin müsahibəsi strateji mesajdır və növbəti illərin yeni geosiyasi mərhələsinin təsvirini yaradır

    6 Yanvar 2026 17:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yanvarın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın siyasi və iqtisadi gündəminin gələcək konturlarını cızan çıxışlardan oldu.

    Bunu AzerVoice-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

    S.Mikayılova qeyd edib ki, dövlət başçısının müsahibəsi zamanı səsləndirdiyi fikirlərin arxasında strateji yanaşma, yeni çağırışlara adaptasiya və ictimai konsensus yaratmaq niyyəti dayanır:

    “2025-ci ilin ən böyük konsensus nöqtəsi sülh və sabitlik oldu. Prezident İlham Əliyev 2025-ci ili “sülh ili” kimi xarakterizə edir. Rəsmi olaraq mürəkkəb regional dinamika və 44 günlük müharibədən sonrakı proseslər artıq siyasi müstəvidə idarə olunur. Sülh konseptinin dinamik inkişaf etdirilməsi Azərbaycan dövlətinin ardıcıl sabitlik strategiyasını yürütdüyünü açıq şəkildə göstərir. Bu yanaşma həm daxili sabitliyə, həm də xarici investorların Azərbaycana etimad göstərməsinə töhfə verir. Eyni zamanda regionda güc balansının saxlanması üçün siyasi iradənin mövcud olduğunu nümayiş etdirir. Bu baxımdan, 2025-ci ili “tarixi il” adlandırmaq strateji mesajdır”.

    S.Mikayılova vurğulayıb ki, 2025-ci il Azərbaycan diplomatiyası üçün də uğurlu il oldu. Dövlət başçısının müsahibəsində Birləşmiş Ştatlarla əlaqələrin genişlənməsi, həmçinin Azərbaycanın coğrafi və siyasi körpü rolunun qabardılması mühüm yerlərdən birini tutur. Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiyanı Qərblə bağlayan etibarlı tranzit marşrutu kimi roluna diqqət çəkdi.

    “Qlobal güclərlə əməkdaşlıq Azərbaycanın multivektorlu xarici siyasət xəttini gücləndirir. Lakin bu əməkdaşlıqda balansın qorunması regional aktorlarla münasibətlərin tənzimlənməsində önəmli rol oynayır. Ötən il Azərbaycan–ABŞ münasibətləri 907-ci düzəlişin kölgəsindən strateji tərəfdaşlığa doğru irəlilədi. Azərbaycan müstəqillik əldə etdikdən sonra münasibətlərin üzərində uzun illər “qara bulud” kimi dolaşan 907-ci düzəliş ikitərəfli əlaqələrin inkişafına ciddi maneə yaradırdı. Bu məhdudiyyətlər erməni lobbisinin və anti-Azərbaycan dairələrinin fəaliyyəti nəticəsində uzun müddət saxlanılmışdı.

    Lakin mövcud geosiyasi reallıq köklü şəkildə dəyişib. Ermənistan–Azərbaycan müharibəsinin rəsmən sona çatması və ABŞ-də Prezident Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Tramp administrasiyasının praqmatik yanaşması və milli maraqlara əsaslanan siyasəti Azərbaycan kimi regionda güclü mövqeyə malik ölkə ilə əməkdaşlığı ABŞ üçün də zəruri edir.

    Ağ Evdə Prezident Trampın iştirakı ilə 907-ci düzəlişə faktiki olaraq son qoyulması, Konqresin bunu hələ hüquqi baxımdan ləğv etməməsinə baxmayaraq, ciddi siyasi və rəmzi məna daşıyır. Bu addım Vaşinqtonun keçmişin siyasi qalıqlarından imtina etməyə hazır olduğunu göstərir və ikitərəfli münasibətlərin yeni keyfiyyət mərhələsinə keçidinin siqnalıdır", - deyə deputat vurğulayıb.

    S.Mikayılova əlavə edib ki, ötən il Azərbaycanın əldə etdiyi diplomatik uğurlardan biri D-8 təşkilatına üzv qəbul edilməsidir:

    “Otuz ilə yaxındır yeni üzv qəbul etməyən bu təşkilata Azərbaycanın dəvət olunması ölkəyə göstərilən yüksək etimadın göstəricisidir. Bir milyarddan çox əhalini və dörd trilyon dollardan artıq iqtisadi potensialı birləşdirən bu platformada Azərbaycanın fəal iştirakı ölkənin İslam dünyasında artan siyasi nüfuzunu təsdiqləyir.

    Bununla yanaşı, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlük Azərbaycanın geosiyasi rolunun genişlənməsinin daha bir bariz nümunəsidir. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həyata keçirdiyi sıx iqtisadi və nəqliyyat layihələri nəticəsində bu məkanın ayrılmaz siyasi aktoruna çevrilib. C5 formatının faktiki olaraq C6-ya transformasiyası regionun geosiyasi konfiqurasiyasını dəyişən proses kimi dəyərləndirilə bilər”.

    Azərbaycan-Çin münasibətlərinə də toxunan deputat bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində Çinlə münasibətlər ayrıca strateji xətt kimi təqdim olunur.

    "Əmtəə dövriyyəsinin 4 milyard dolları keçməsi və rekord artım tempinin qeydə alınması Çin–Azərbaycan münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Strateji və hərtərəfli strateji tərəfdaşlıq sənədləri real iqtisadi nəticələrlə müşayiət olunur.

    Çin şirkətlərinin bərpaolunan enerji, yaşıl nəqliyyat və sənaye sahələrinə investisiyaları Azərbaycanın uzunmüddətli inkişaf strategiyasına tam uyğun gəlir. Günəş və külək stansiyaları, elektrik avtobusları, istehsal və lokallaşdırma layihələri ölkənin yaşıl transformasiya hədəflərinə xidmət edir. Eyni zamanda, nəqliyyat sektorunda Çin faktorunun artması Orta Dəhlizin tam gücü ilə işləməsinə imkan yaradacaq. Bu axınların Zəngəzur dəhlizi vasitəsilə də yönləndirilməsi Azərbaycanın regional tranzit mərkəzi rolunu daha da möhkəmləndirəcək.

    Prezident İlham Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiyanı Qərblə etibarlı şəkildə birləşdirən yeganə real marşrut Azərbaycandır. Mövcud geosiyasi şəraitdə alternativ yolların məhdudluğu Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Artıq ölkə ərazisindən keçən konteynerlərin sayı 100 min həddini keçib və bu yalnız başlanğıc mərhələdir.

    Nəqliyyat infrastrukturunun genişləndirilməsi, Xəzərin dibi ilə enerji və fiber-optik kabellərin çəkilməsi, eləcə də Orta Dəhlizin gücləndirilməsi Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi strategiyasının praktik icrasıdır. Zəngəzur dəhlizinin açılması perspektivi isə bu marşrutların alternativliyini artıraraq tranzit təhlükəsizliyini və rəqabət qabiliyyətini gücləndirəcək”, - deyə S. Mikayılova vurğulayıb.

    Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasının artıq ABŞ Prezidenti səviyyəsində təsdiqlənməsi bu layihənin beynəlxalq legitimliyini gücləndirir:

    “Dəhlizin adı dəyişə bilər, lakin mahiyyəti dəyişmir: bu, Azərbaycanın regional kommunikasiyaların əsas qovşağına çevrilməsi deməkdir. Ermənistanla normallaşma prosesinin əsas tərkib hissəsi olan bu layihə sülh sazişi və imzalanmış birgə bəyanatlarla birlikdə yeni geosiyasi mərhələnin əsasını qoyur”.

    Deputat S.Mikayılova müsahibə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı iqtisadi inkişaf istiqamətlərinə də diqqət çəkib.

    “Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf dinamikası yüksəlməkdədir. Ölkənin gəlir modelinin diversifikasiyası artıq plan yox, praktiki reallıq kimi təqdim olunur. Qeyri-neft sektorunun artımı iqtisadi dayanıqlığın gözləntilərdən daha sürətli inkişaf etdiyini göstərir. Bu baxımdan 2025-ci ilin makro göstəriciləri iqtisadi sabitliyin təməlini möhkəmləndirib. Bu, həm dövlət idarəçiliyinin çevikliyini, həm də biznes mühitinin dinamikliyini vurğulayır.

    İqtisadiyyatın inkişafı imkan verir ki, Azərbaycan təhsil, səhiyyə, sosial rifah proqramları və digər sahələr üzrə işləri davam etdirsin.

    Sosial islahatların davam etməsi iqtisadi artımın nəticələrinin birbaşa vətəndaşa çatmasına yönəlib. Bu yanaşma dövlət-cəmiyyət əlaqələrini daha da möhkəmləndirir və sosial sabitliyi dəstəkləyir”.

    S.Mikayılova əlavə edib ki, proseslərin təhlili və ölkə başçısının səsləndirdiyi fikirlər təsdiqləyir ki, 2025 Azərbaycan üçün sabitlik və dinamikanın eyni zamanda təmin olunduğu il oldu.

    “İqtisadiyyatımız daha çevik və diversifikasiya olunmuş modelə doğru gedir. Xarici siyasət yeni əməkdaşlıq xəttləri ilə genişlənir. Dövlətin daxili sosial siyasəti daha effektli icra edilir və ediləcək. Bu, sadəcə statistik hesabat deyil — dövlət strategiyasının konkret təsviri və onun ictimai anlaşılması üçün düşünülmüş mesajıdır”, - deyə S. Mikayılova fikrini tamamlayıb.

    #Azərbaycan #Prezident İlham Əliyev #ABŞ #Ermənistan #Donald Tramp #Sevil Mikayılova #Mərkəzi Asiya #907-ci düzəliş #Mərkəzi Asiya Məşvərət Şurası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    12 Fevral 2026 13:05

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Klaud Heqi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    11 Fevral 2026 18:40

    Prezident İlham Əliyev: Dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq

    11 Fevral 2026 18:11

    Prezident İlham Əliyev: Bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, ümid edirəm ki, bu il başa çatacaq

    11 Fevral 2026 18:06

    Prezident İlham Əliyev: ABŞ Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası tarixi sənəddir

    11 Fevral 2026 17:39

    Prezident İlham Əliyev: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

    11 Fevral 2026 17:38

    Prezident İlham Əliyev: Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir

    11 Fevral 2026 17:37

    Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb

    11 Fevral 2026 17:36

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir

    11 Fevral 2026 17:35

    Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını ayrı-seçkiliyə yol verməməyə və qayıdış hüququna dəstək verməyə çağırır

    11 Fevral 2026 17:31
    XƏBƏR LENTİ

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    Lökbatan sakinlərinə müjdə: 206 nömrəli marşrut üzrə müasir avtobuslar xəttə buraxıldı

    DSMF-nin gəlirləri yanvarda 755 milyon manata çatdı: Proqnoz 26 faiz üstələndi

    Ağalı sakinlərinin nəzərinə: Əkin üçün torpaq müraciətlərinin qəbuluna başlanılır

    Nottinqem Forest baş məşqçisi ilə yollarını ayırdı

    Azərbaycanda kibertəhlükəsizlik kadrlarının qiymətləndirilməsində yeni dövr: İntellektual sistem tətbiq olunur

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.