BAKI, AzerVoice, Nailə Babazadə
Ukrayna Prezidenti Volodimir Zelenski sülh prosesi üçün liderlər səviyyəsində danışıqlara hazır olduğunu bildirib. Digər tərəfdən, Zelenski Rusiyaya qarşı sanksiyalar və tariflər daxil olmaqla bütün variantların masada olması lazım olduğunu vurğulayıb.
AzerVoice xəbər verir ki,Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı açıqlamada ABŞ-ın Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keith Kellogg ilə görüşdüklərini bildirib. Zelenski Trampın sülhü təmin etmək mövzusundakı qətiyyətinə diqqət çəkərək“ABŞ-nin Ukraynanın təhlükəsizlik strukturlarında rol almağa hazır olmasını dəyərləndiririk. Komandalarımız da bu strukturu qurmaq üçün aktiv şəkildə işləyirlər.”- deyə qeyd edib.
Zelenski, Rusiyanı danışıqlara məcbur etmək üçün sanksiyalar və tariflər daxil olmaqla bütün vasitələrin masada qalmalı olduğunu qeyd edərək bildirib ki, “Biz liderlər formatında görüşməyə hazırıq. Əsas məsələlərin həlli üçün bu format zəruridir. Artıq Moskvadan da eyni qətiyyət gözlənilir.” - deyə Zelenski qeyd edib.