Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İsrail və İran arasında BÖYÜK qarşıdurma yaxınlaşırmı?

    26 Avqust 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Anaitik Təhlil Mərkəzi

    İsrail və İran arasında 12 günlük müharibənin başa çatmasına baxmayaraq, bir çox rəsmilər və analitiklər müharibənin hələ də bitmədiyini təsdiqləyirlər.

    İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirir ki, İsrail “İran xalqını azad etmək” üçün vasitələr hazırlayır. Müdafiə naziri İsrael Kats isə hələ də İranın ali rəhbəri Əli Xameneinin öldürüləcəyi ilə hədələyir. İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Giora Eiland gələcək barədə belə deyir: “Məncə, gələcəkdə biz bu müharibəni ‘İranla birinci müharibə’ adlandıracağıq, çünki İranla yeni müharibələrin baş verməsi demək olar ki, qaçılmazdır”.

    Bu yanaşma İsrail qərarverici dairələrinin son qarşıdurmanı yalnız başlanğıc kimi qiymətləndirdiyini göstərir. İndiyədək mübarizə əsasən dolayı yolla – proksi qüvvələr və gizli əməliyyatlar vasitəsilə aparılırdı.

    Öz növbəsində, İsrailin Strateji Araşdırmalar İnstitutunda “İran və şiə oxu” proqramının direktoru Raz Tsimet yazır: “Unutmaq olmaz ki, İranla mübarizə hələ bitməyib. İsrail və ABŞ-ın hava zərbələri İranın nüvə çağırışına müvəqqəti cavab ola bilər, amma bu, İran İslam Respublikasının yaratdığı bütün təhdidlərə ümumi həll vermir. Sonda İranın İsrail milli təhlükəsizliyi üçün təhdidinin uzunmüddətli həlli Tehrandakı rejimin dəyişməsi ilə bağlıdır”.

    İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri Tamir Hayman isə belə deyir: “Uzun müddətdə təhdid ortadan qalxmayıb. Rejim dəyişmədiyi təqdirdə İran çox güman ki, İsrail üçün təhlükə olaraq qalacaq. İran müharibədən sonra zəifləyib, amma az təhlükəli olmayıb”. Bu da İsraildəki inamı əks etdirir ki, hərbi uğurlar nə qədər böyük olsa da, rejim dəyişmədikcə təhdid davam edəcək.

    Eyni istiqamətdə Brookings İnstitutunun sədr müavini, keçmişdə ABŞ Dövlət Departamentində vəzifə tutmuş Suzan Maloney yazır: “İran son 20 ildə olmadığı qədər zəif və təcrid olunub. Artıq bölgədə iradəsini zorla qəbul etdirmək və ya sərhədlərini qorumaq imkanına malik deyil. İndi isə, nəhəngin yıxılmasından sonra, ‘missiya tamamlandı’ demək üçün gözləyirik. Amma bu hələ tezdir. İran yıxılıb, amma məğlub olmayıb”.

    Tanınmış müəllif Trita Parsi isə yazır ki, İranla İsrail arasında növbəti müharibə bu ilin sonuna qədər baş verəcək və 12 günlük müharibədən daha qanlı olacaq (“Foreign Policy”).

    Wall Street Journal qəzetinin məlumatına görə, Netanyahu iyul 2025-də ABŞ prezidenti Donald Trampla görüşündə İsrailin İranın nüvə və ballistik raket obyektlərini bərpa etməsinə imkan verməyəcəyini bildirib.

    Bunun əksinə olaraq, İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ və İsrailin yeni hücumlarına qarşı “ölümcül cavab” veriləcəyi barədə xəbərdarlıq etdi. Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə bəyan etdi ki, “İran müharibəyə bənzər şəraitdədir, lakin müvəqqəti atəşkəs var”.

    İsrailin məqsədləri

    İsrailin ABŞ dəstəyi ilə başladığı “Qalxan Aslanı” əməliyyatı İranın nüvə proqramının infrastrukturunu – sentrifuqaları, zənginləşdirilmiş uran ehtiyatlarını və nüvə alimlərini hədəfə alırdı.

    ABŞ və İsrail arasında zərbələrin effektivliyi ilə bağlı fikir ayrılıqları olsa da, İsrail hesab edir ki, İranın zənginləşdirmə imkanları tamamilə dayandırılmadıqca, hər cür razılaşma yalnız müvəqqəti olacaq. Çünki İran artıq bu bilik və texnologiyanı əldə edib və sanksiyaların qaldırılması ilə yenidən güclənə bilər.

    Tel-Əviv üçün bu an tarixi fürsət kimi görünür: İranın zəifləməsi bölgədə yeni qaydalar qurmaq, İranın müttəfiqlərini maliyyə və silah dəstəyindən məhrum etmək, Livan və Suriyada təsirini sıfırlamaq imkanıdır.

    İsrail həmçinin hesab edir ki, son müharibədə İrana ciddi ziyan vurub: hərbi bazaları, raket platformalarını və silah anbarlarını dağıdıb. Bu isə gələcəkdə rejimin özünə də zərbə vurmaq üçün zəmin yaradır.

    İsrail müharibə zamanı daxili təhlükəsizlik qüvvələrinin qərargahlarını, Tehranın təhlükəsizliyinə cavabdeh olan “Sər Allah” korpusunun qərargahını və Evin həbsxanasını (müxaliflərin ən məşhur həbsxanası) hədəf alıb. Bundan əlavə, yüksək səviyyəli iranlı rəsmilərlə birbaşa telefon əlaqəsi quraraq onları və ailələrini öldürməklə hədələyib.

    Bu cəhdlər gözlənilən nəticəni verməsə də, İsrailin niyyətini açıq şəkildə göstərdi: müharibədən istifadə edərək sistemi zəiflətmək və daxili parçalanma yaratmaq.

    Raz Tsimet isə vurğulayır: “İsrail İranla mübarizəsini davam etdirməlidir. Diplomatik, iqtisadi, gizli kəşfiyyat və bəzən də hərbi vasitələrdən istifadə olunmalıdır. Strateji məqsədlərə – İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına, onun müttəfiqlərinin şəbəkəsinin dağıdılmasına və ballistik raket layihəsinin məhdudlaşdırılmasına nail olmaq vacibdir”.

    İsrailin Təhlükəsizlik Araşdırmaları İnstitutunun hazırladığı bir araşdırmada isə qeyd olunur: “İranla nüvə məsələsində razılaşma əldə olunsa belə, siyasi və iqtisadi təzyiq davam etməlidir. Bunun üçün beynəlxalq ictimaiyyətin dəstəyi ‘İranın raket proqramı, regional fəaliyyəti, beynəlxalq terrorizmə dəstəyi və insan haqlarını pozması’ mövzularında toplanmalıdır. Ən vacib məsələ isə İran rejiminin devrilməsi üçün müxtəlif alətlərin – hərbi, siyasi, yumşaq güc və gizli əməliyyatların qarışığından istifadə edilməsidir”.

    Araşdırmada qeyd edilən variantlara aşağıdakılar daxildir:

    Rejimin ali rəhbərliyi, o cümlədən Ali Rəhbər Xamenei və əsas siyasi-hərbi rəhbərlərin fiziki olaraq aradan qaldırılması.
    Gizli kampaniyalarla daxildən çevrilişin təşviqi.
    Xaricdəki müxalif qrupların gücləndirilməsi və ölkəyə geri dönməyə hazırlanması.
    Etnik azlıqların dəstəklənməsi və separatçılıq meyllərinin təşviqi.

    Lakin ekspertlər etiraf edirlər ki, İran rejiminin devrilməsi çox çətin ssenaridir. Çünki çoxqatlı siyasi və institusional sistem mövcuddur. Onlar daha praqmatik qanadların güclənəcəyini və İranın baha başa gələn nüvə və regional layihələrindən imtina etməyə məcbur ola biləcəyini düşünürlər.

    İranın əks tədbirləri

    2024-cü ilin noyabrında İranın keçmiş xarici işlər naziri və Ali Rəhbərin müşaviri Kəmal Xərrazi bəyan etdi ki,: “Əgər mövcudluğumuza təhdid yaranarsa, nüvə doktrinamızı dəyişəcəyik. Bizim silah istehsal etmə gücümüz var və bunda problem yoxdur”.

    Bu, ilk dəfə idi ki, yüksək səviyyəli şəxs açıq şəkildə nüvə silahı seçiminin mümkün olduğunu etiraf etdi. İran rəhbərliyi isə son hücumlardan sonra “təzyiqlərə boyun əyməyəcəyini” bildirdi.

    Hazırda İranın əsas prioritetləri bunlardır:

    Rejimin davamlılığını qorumaq.
    Nüvə proqramını davam etdirmək.
    Ballistik raket proqramını inkişaf etdirmək.

    Eyni zamanda, Avropa “troykası” (Fransa, Almaniya, Britaniya) “mexanizm trigger” vasitəsilə BMT sanksiyalarının bərpasını gündəmə gətirir. Bu isə Tehranın vəziyyətini daha da mürəkkəbləşdirir. İran üçün iki seçim qalır: ya güzəştə getmək, ya da yeni eskalasiyaya sürüklənmək.

    İran rəhbərliyi həmçinin daxili təhlükəsizlik sistemini yenidən təşkil etməyə başladı. Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olundu, “Milli Müdafiə Şurası” yaradıldı.

    Bundan əlavə, Moskva və Pekinlə intensiv diplomatik və hərbi görüşlər keçirildi. Xarici işlər naziri Abbas Əraqçi Rusiya prezidenti Vladimir Putin və Çin rəhbərliyi ilə görüşdü. Müdafiə naziri Əziz Nasirzadə isə rus və çinli həmkarları ilə hərbi əməkdaşlıq barədə razılaşmalar əldə etdi. Bu görüşlər İranın müdafiə sistemini gücləndirmək, yeni silahlar almaq və gələcək müharibəyə hazırlaşmaq niyyətini göstərir.

    Gələcək perspektivlər

    Hadisələrin gedişi göstərir ki, İsrail-İran qarşıdurması hələ başa çatmayıb. Əksinə, daha mürəkkəb və təhlükəli mərhələyə qədəm qoyub.

    İran təzyiqlərə baxmayaraq, nə nüvə proqramından imtina edib, nə də rejim zəifləyib. Əksinə, indi rejim daha çox düşünür ki, yalnız hərbi nüvə seçimi onun mövcudluğunu təmin edə bilər. İsrail isə hesab edir ki, İrana “təkrar nəfəs almaq” imkanı vermək tarixi fürsətin itirilməsi olacaq.

    Beləliklə, bölgə yeni, daha qanlı və genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzədir.

    #Tel-Əviv #Donald Tramp #Tehran #Əli Xamenei #Ayətulla Seyid Əli Xamenei #Əli Laricani #nüvə turizmi #Xameneinin varisi #Ayətullah Xameneinin regional siyasəti #Ali Xamenei 2025 #Donald Trump və Ali Xamenei #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #İran nüvə razılaşması #Avropa İran nüvə danışıqları #İsrail və İran #12 günlük müharibə #İran xalqını azad etmək #Giora Eiland #İran və şiə oxu #İran İslam Respublikası #Suzan Maloney #İranla İsrail arasında növbəti müharibə #Qalxan Aslanı #ABŞ və İsrail #Sər Allah #Kəmal Xərrazi #mexanizm trigger #Milli Müdafiə Şuras
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

    6 Dekabr 2025 15:59

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17

    Kanada Ukraynaya 143 milyon dollar dəyərində hərbi yardım edəcək

    4 Dekabr 2025 13:40

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13

    Venesuelaya qarşı əməliyyatları genişləndiririk - Tramp

    4 Dekabr 2025 09:40

    Cənubi Koreya və ABŞ, nüvə enerjisi sahəsində ortaq müəssisə qurmaq üzrə razılığa gəlib

    3 Dekabr 2025 16:05

    Tramp Tayvan qanununu təsdiqləyib

    3 Dekabr 2025 15:47

    İran 12 günlük İsrail hücumuna qarşı güclü cavab verdi - İran XİN

    3 Dekabr 2025 11:14

    İsraildə Netanyahuya qarşı nümayişlər keçirilib

    2 Dekabr 2025 16:20

    İran çirklənməyə qarşı yeni yanacaq istehsal edir

    2 Dekabr 2025 15:57

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49

    ABŞ antinarkotik kampaniyası müdafiə startapları üçün yeni imkanlar yaradıb

    30 Noyabr 2025 21:56
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 8 Dekabr

    Özbəkistanda Konstitusiya Günü ərəfəsində 615 nəfər əfv edilib

    Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib

    Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

    Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.