Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Livan-Hizbullah danışıqları - ABŞ-dan tərksilah və çəkilmə planı

    26 Avqust 2025 17:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, İsrailin Hizbullahın Livanda tərksilahı ilə eyni vaxtda Livanın cənubundan çəkilmək üçün addımlar atacağını bildirib.

    AzerVoice xəbər verir ki, Livan prezidenti Cozef Aun, Beyrutdakı Baabda Prezident sarayında ABŞ senatorları Jeanne Shaheen və Lindsey Graham, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus və ABŞ-ın Beyrutdakı səfiri Liza Conson ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Barak, “İsrailin Livanın cənubundan çıxmasını təmin etmək üçün çalışacağıq, lakin ən önəmlisi Hizbullahın tərksilahıdır. İsrail Hizbullahın tərksilahı ilə eyni vaxtda addımlar atacaq,” deyib.

    Barak, Livan hökumətinin Hizbullahın tərksilahı ilə bağlı 11 bəndlik plan təqdim etdiyini və buna əməl edəcəyinə söz verdiyini qeyd edib. O, bu planın “hərbi” təşəbbüs olmadığını, vətəndaş müharibəsinə yol açmamaq üçün diqqətli olunacağını vurğulayıb. Barak, “Hizbullahın silahlarını təhvil verdiyi təsdiqlənərsə, İsrail Livan ərazisindən çəkiləcək,” iddiasında bulunub.

    Barak, Livan ordusunun sərhədləri qorumaq qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, BMT-nin Livan üçün müvəqqəti sülhməramlı qüvvələri (UNIFIL) mandatının bir il uzadılacağını təsdiqləyib. O, həmçinin Körfəz ölkələrinin Livan iqtisadiyyatına investisiyalar vasitəsilə dəstək verəcəyini və bu investisiyaların bütün Livan xalqı, o cümlədən cənub bölgələri üçün faydalı olacağını bildirib.

    ABŞ senatoru Jeanne Shaheen, Livan hökumətinin Hizbullahı tərksilah etmək qərarını dəstəklədiklərini və Livan ordusunun maliyyə və maddi-texniki dəstəyə ehtiyacı olduğunu qeyd edib. O, gələn həftə hökumətin təsdiqləyəcəyi hərbi planı gözlədiklərini əlavə edib.

    Senator Lindsey Graham isə Hizbullahın tərksilahının Livan xalqının təşəbbüsü olduğunu müdafiə edərək, “Hizbullah tərksilah edilmədikcə İsrail Livana fərqli baxmayacaq,” deyib. Graham, Hizbullahın və Fələstin qruplarının tərksilah edilməməsi halında Livanda irəliləyişin mümkün olmayacağını iddia edib. O, tərksilah başa çatdıqdan sonra İsrail ilə Livanın cənubundakı beş mübahisəli nöqtə üzrə danışıqların aparılacağını bildirib.

    Barak, Suriya prezidenti Əhməd əl- Şəraanın Livanla düşmən münasibət qurmaq istəmədiyini və tarixi əlaqələri dəstəklədiyini, sərhəd danışıqlarına hazır olduğunu qeyd edib. Bu, Livan-Suriya əlaqələrində müsbət bir addım kimi qiymətləndirilir.

    Qeyd edək ki, Livan hökumətinin Hizbullahın tərksilahına dair planı regionda gərginliyi azaltmaq məqsədi daşısa da, Hizbullahın buna necə reaksiya verəcəyi hələlik qeyri-müəyyəndir. X platformasında dərc olunan məlumatlara görə, Hizbullah tərksilah planına qarşı çıxaraq “silahları təhvil verməyəcəyik” mesajı yayıb.

    #BMT #ABŞ #Livan #Suriya #Hizbullah #İsrail və Livan münaqişəsi #İsrail Livan münasibətləri #UNIFIL zabitlərinə hücum #Cozef Aun #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #Tom Barrak
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Qəzza zolağında atəşkəs razılaşmasının qüvvədə qalacağına əmindir

    13 Oktyabr 2025 05:43

    Vaşinqtonun sanksiyaları Bağdadda narahatlıq doğurdu: Həşd əş-Şaabi və onun maliyyə mənbələri hədəfdə

    13 Oktyabr 2025 03:00

    Fələstin prezidenti və Qətər əmiri Qəzza ilə bağlı sülh sammitində iştirak edəcəklər

    12 Oktyabr 2025 22:56

    Vaşinqton “Hizbullah”ın silahlarını İraqda “zəmanətçi tərəfə” əmanət etmə təklifini rədd edib

    12 Oktyabr 2025 15:00

    İstanbul otellərində payız mövsümündə güclü turist axını müşahidə olunur

    12 Oktyabr 2025 12:00

    Makron Qəzza danışıqları üçün Misirə səfər edəcək

    12 Oktyabr 2025 00:20

    ABŞ hərbçiləri Qəzzaya daxil olmayacaq

    11 Oktyabr 2025 20:24

    Qəzzaya dönüş davam edir - Müharibə binaların 80 faizini dağıdıb

    11 Oktyabr 2025 18:00

    Ankarada Türkiyə-Suriya arasında təhlükəsizlik mövzusunda görüş keçiriləcək

    11 Oktyabr 2025 17:05

    Donald Trampın səhhəti “əladır”

    11 Oktyabr 2025 11:50

    Hörmüz Boğazının bağlanması qərarı yüksək səviyyəli rəsmilərə aiddir - SEPAH

    11 Oktyabr 2025 11:43

    ABŞ-də partlayıcı maddələr istehsalı zavodunda partlayış baş verib

    10 Oktyabr 2025 22:54
    Demo
    XƏBƏR LENTİ

    Tramp Qəzza zolağında atəşkəs razılaşmasının qüvvədə qalacağına əmindir

    Vaşinqtonun sanksiyaları Bağdadda narahatlıq doğurdu: Həşd əş-Şaabi və onun maliyyə mənbələri hədəfdə

    Fransanın yeni hökumət tərkibi açıqlanıb

    44 günlük Vətən müharibəsinin xronikası: 13 oktyabr

    Tarixdə bu gün - 13 oktyabr

    Fələstin prezidenti və Qətər əmiri Qəzza ilə bağlı sülh sammitində iştirak edəcəklər

    Qəzza ilə bağlı yekun həll Fələstin dövlətinin yaradılması olacaq - Qahirə

    İndoneziya sülhü dəstəkləmək üçün Qəzzaya qoşun göndərməyə hazırdır - Vens

    Marqaret Tetçer – baqqal qızı – Dəmir Ledi

    Prezident İlham Əliyev: Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.