BAKI, AzerVoice, Səməd Əyyubov
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
AzerVoice-un məlumatına görə, 146 rus hərbçisi Ukraynanın nəzarətində olan ərazilərdən geri qaytarılıb, əvəzində isə 146 Ukraynalı hərbçi təhvil verilib. Bununla yanaşı, Kursk vilayətinin səkkiz sakini də geri qaytarılıb.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu iyunun 2-də İstanbulda baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.
İyulun 23-də isə, danışıqların üçüncü raundunda heyətlər arasında danışıqlar təxminən 40 dəqiqə davam edib. Bu müddətdə hər iki tərəf təqdim olunan memorandum layihələrindəki mövqeləri müzakirə edib.
Görüş nəticəsində yalnız hərbi əsirlərin deyil, mülki şəxslərin də dəyişdirilməsi barədə razılıq əldə olunub. Həmçinin, Moskva Ukraynaya daha 3 000 ukraynalı hərbçinin cəsədini təhvil verməyə və cəbhə xəttində yaralı və həlak olanların toplanması üçün qısa müddətli humanitar fasilələrin bərpasına çağırıb.
Medinski bildirib ki, danışıqların dördüncü raunduna dair qərar, əldə olunmuş yeni razılaşmaların yerinə yetirilməsindən sonra veriləcək.