Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp FED tarixində ilk dəfə idarə heyəti üzvünü işdən azad edib

    26 Avqust 2025 09:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuku ipoteka müqavilələrində yalan ifadələr verdiyi iddiası ilə vəzifəsindən azad edib.

    AzerVoice xəbər verir ki, Tramp Kuka yazdığı məktubu sosial şəbəkədə paylaşaraq, FED qanununa istinadən onun dərhal vəzifədən kənarlaşdırıldığını bildirib. Bu addım, FED-in 111 illik tarixində bir prezident tərəfindən idarə heyəti üzvünün vəzifədən azad edilməsi ilə bağlı ilk hadisə kimi qeydə alınıb. Tramp, Kukun iki həftə arayla Miçiqan və Corciyada iki fərqli mülkü əsas iqamətgah kimi göstərərək ipoteka sənədlərində yalan ifadələr işlətdiyini iddia edib. O, bu davranışın FED-in etibarlılığına xələl gətirdiyini və Kukun vəzifədə qalmasının qəbuledilməz olduğunu vurğulayıb.

    Kuk isə keçən həftə Federal Mənzil Maliyyə Agentliyinin (FHFA) direktoru Bill Pultenin onun haqqında araşdırma tələb etdiyi iddialarına cavab olaraq, “Twitdə qaldırılan suallara görə vəzifəmdən istefa vermək fikrində deyiləm,” - deyərək istefaya çağırışları rədd edib. Lakin Trampın qərarı ilə Kuk vəzifəsindən uzaqlaşdırılıb.

    Qeyd edək ki, Trampın bu addımı FED-in müstəqilliyinə müdaxilə kimi qiymətləndirilib və ABŞ-ın bəzi siyasi dairələrində, xüsusən də senator Elizabet Uorren kimi demokratlar tərəfindən “qanunsuz hakimiyyət cəhdi” kimi tənqid olunub. Məsələnin məhkəməyə daşınması və Trampın qərarının qanuniliyinin müzakirə olunacağı gözlənilir.

    #ABŞ #Donald Tramp #məhkəmə #istefa #Demokratlar Partiyası #Trampın siyasətləri #Federal Ehtiyat Sistemi (FED) #Trampın iqtisadi siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21
    XƏBƏR LENTİ

    Türkiyənin Aliağa limanında gəmi hərəkəti artmaqda davam edir (ÖZƏL)

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.