Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Təl-Əvivdəki iğtişaşlarda iştirak edən şəxs saxlanılıb

    26 Avqust 2025 18:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Təl-Əvivdə Qəzza müharibəsinin davam etməsinə qarşı və girovların azad olunması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı saxlanılıb.

    AzerVoice xəbər verir ki, İsrail Polisinin verdiyi məlumata görə, onun üzərindən tüstü qumbarası götürülüb.

    Bundan əlavə, bir neçə nümayişçiyə avtomobil yolunu bağlayaraq hərəkətə mane olduqları üçün cərimə yazıldığı bildirilib. Polis bəyan edib ki, “əsas etiraz yerlərində ictimai asayişin pozulmasına yol verməmək üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir”.

    Bir sıra qeyri-hökümət təşkilatları avqustun 26-nı girovların azad edilməsi və Qəzzadakı müharibənin dayandırılması uğrunda “mübarizə günü” elan ediblər.

    Aksiyalar yerli vaxtla səhər saat 06:29-da başlayıb. Bu vaxt 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun başlama saatı ilə üst-üstə düşür. Həmin hücum zamanı sərhəd yaşayış məntəqələrinin sakinləri qətlə yetirilmiş, 250-dən çox insan girov götürülmüşdü.

    Nümayişçilər bir neçə dəfə Təl-Əvivin şərqindəki Ayalon şossesini və ona bitişik küçələri bağlayıblar. Onlar Təl-Əvivlə Qüdsü birləşdirən 1 nömrəli magistralı, həmçinin İsrailin mərkəzindəki 2, 443 və 531 nömrəli yolları kəsərək təkərləri yandırıblar. Axşam saatlarında isə Təl-Əvivin mərkəzində girovların azad olunması və müharibəyə son qoyulması tələbi ilə yeni aksiya keçirilməsi planlaşdırılır.

    Xatırladaq ki, avqustun 17-də on minlərlə israilli Təl-Əvivin mərkəzində kütləvi mitinq keçirərək hökumətdən girovların azad olunması üçün razılaşma əldə etməyi tələb etmişdi. Həmin gün müxtəlif aksiyalar zamanı ictimai asayişi pozduqları üçün polis 38 nəfəri saxlamışdı.

    #İsrail #aksiya #etirazlar #polis #etirazçılar #etiraz #Etiraz aksiyası #siyasi etiraz #İsraildə etirazlar #Tel-Əviv etirazları #Fələstin dəstək aksiyaları #İsrail Polisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İrandakı iğtişaşlar səngimir: ABŞ hökuməti vətəndaşlarını Ermənistana və Türkiyəyə yönləndirir

    6 Fevral 2026 09:47

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqlədi

    31 Yanvar 2026 10:26

    Noar HaGva'ot-dan Nitsax Yehuda-ya: İsraildə dini radikalizmin anatomiyası

    30 Yanvar 2026 12:00

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13
    XƏBƏR LENTİ

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.