Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Nigeriyada girov götürülən şagirdlərin sayı 300-ü keçib

    22 Noyabr 2025 21:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice, Orxan Qədirzadə

    Nigeriyanın şimal-mərkəzində yerləşən Niger ştatında katolik məktəbinə silahlı hücum zamanı qaçırılan şagirdlərin sayı 300-ü keçib.

    AzerVoice xəbər verir ki, Xristianlar Assosiasiyasının (CAN) yerli şöbəsi hücum zamanı ümumilikdə 303 məktəbli və 12 müəllimin girov götürüldüyünü açıqlayıb.

    Assosiasiyanın Niger ştatı üzrə sədri, Yepiskop Bulus Dauva Yohanna bildirib ki, qaçırılanlar arasında 10-18 yaş arası həm oğlan, həm də qız şagirdlər var. Hücum zamanı qaçmağa cəhd edən 88 şagirdin də silahlı şəxslər tərəfindən tutulduğu bildirilir.

    Hadisə Niger ştatının Papiri icmasında yerləşən St. Mary’s Katolik Məktəbində baş verib. Hücum eyni bölgədə yerləşən Kebbi ştatında 25 məktəblinin qaçırılmasından cəmi dörd gün sonra qeydə alınıb.

    Hazırda heç bir silahlı qruplaşma əməliyyata görə məsuliyyəti üzərinə götürməyib. Yerli hakimiyyət orqanları bildiriblər ki, girovların azad edilməsi üçün xüsusi təyinatlı dəstələr və yerli ovçular əməliyyata cəlb olunub.

    Yepiskop Yohanna ştat rəhbərliyinin məktəbin dərslərə başladığı barədə bəyanatını əsassız adlandırıb.

    “Biz heç bir rəsmi bildiriş almamışıq. Bu, məsuliyyətdən yayınmaq cəhdidir.”-yepiskop deyib.

    O, ailələri sakit olmağa və təmkinli davranmağa çağırıb.

    Mütəxəssislər bildirirlər ki, ölkədə silahlı qruplar məktəbləri "strateji hədəf" kimi görür və kütləvi qaçırmalar vasitəsilə diqqət toplamağa çalışırlar.

    UNICEF-in məlumatına görə, Nigeriyanın silahlı qarşıdurmaların yaşandığı 10 ştatında məktəblərin yalnız 37 faizində təhlükə barədə erkən xəbərdarlıq sistemi mövcuddur.

    #UNICEF #Xristianlar Assosiasiyası (CAN) #Yepiskop Bulus Dauva Yohanna #Niger ştatının Papiri icması #St. Mary’s Katolik Məktəbi #Nigeriyada şagird oğurluğu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada atəşkəsə baxmayaraq hər gün 2 uşaq İsrail hücumlarında həlak olur - UNICEF

    21 Noyabr 2025 17:40

    İsrail uşaq peyvəndlərinin girişini məhdudlaşdırır - UNICEF

    11 Noyabr 2025 20:29

    Qəzzada minlərlə uşaq hələ də aclıqdan əziyyət çəkir - UNİCEF

    29 Oktyabr 2025 13:00

    Sudan 900 günlük döyüşdən sonra dünyanın ən ağır humanitar böhranı ilə üz-üzədir

    24 Oktyabr 2025 13:01

    Qəzzada hər beş uşaqdan biri aclıq çəkir – UNICEF

    13 Sentyabr 2025 09:21

    Dünyada kök uşaqların sayı arıq uşaqları keçib - UNICEF

    10 Sentyabr 2025 09:51

    Qəzzadakı səhiyyə vəziyyəti tamamilə çöküb - UNICEF

    7 Sentyabr 2025 17:00

    Sudanda vəba epidemiyası genişlənir - 50 nəfər həyatını itirib

    13 Avqust 2025 17:30

    Qəzzada hər gün orta hesabla bir sinif dolusu uşaq öldürülür - UNICEF

    5 Avqust 2025 09:29

    UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

    29 İyul 2025 16:42

    Qəzzada hər gün 28 uşaq həyatını itirir - UNICEF

    17 İyul 2025 11:46

    Qəzzada uşaqlar su çatışmazlığından həyatlarını itirə bilər - UNICEF

    20 İyun 2025 15:25
    Demo
    XƏBƏR LENTİ

    Nigeriyada girov götürülən şagirdlərin sayı 300-ü keçib

    Epşteynin İsrail-Hindistan siyasəti ilə bağlı əlaqələri üzə çıxıb

    Fidel Kastronu devirməyə çalışan - Con Kennedi kimdir?

    ABŞ Qəzzada HƏMAS-ın olmadığı yaşıl zona yaradacaq

    İran Hirkan meşələrindəki yanğının söndürülməsi üçün xarici yardım istəyib

    Abraxas nədir?

    Serbiya Prezidenti Vuçiç Bosniya müharibəsində iştirakı ilə bağlı ittihamları rədd edib

    Ukraynada Rusiyanın hakimiyyətinə yer yoxdur - Zelenski

    Avropa liderləri ABŞ-ın Ukrayna planına qarşı alternativ sülh təşəbbüslərini müzakirə ediblər

    İsrail Livana qarşı hava hücumlarını davam etdirir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.