Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Dünyada kök uşaqların sayı arıq uşaqları keçib - UNICEF

    10 Sentyabr 2025 09:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    UNICEF-in yeni hesabatına görə, dünyada ilk dəfə olaraq kök uşaqların sayı arıq uşaqların sayını ötüb. 5–19 yaş arası təxminən 188 milyon uşaq kökdür. Mütəxəssislər, ənənəvi qidalanma vərdişlərinin yerini ucuz və emal olunmuş qidaların almasının ciddi risk yaratdığını vurğulayırlar.

    AzerVoice xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaqların sağlamlığı ilə bağlı diqqətçəkən məlumatlar yayımlayıb.

    Hesabata görə, 5–19 yaş arası təxminən 188 milyon uşaq və yeniyetmə kökdür. Bu isə hər 10 uşaqdan birinin kök olması deməkdir. Artıq çəkili hesab edilən uşaqların ümumi sayı isə 391 milyona çatıb. Yəni hər 5 uşaqdan biri artıq çəkilidir.

    Mütəxəssislərə görə, piylənmənin artmasının əsas səbəbi ucuz və yüksək kalorili emal olunmuş qidaların yayılmasıdır. Ənənəvi qidalanma tərzi yerini fast food və paketlənmiş məhsullara verir. Bu da uşaqlarda şəkərli diabet, ürək xəstəlikləri və xərçəng riskini artırır.

    UNICEF-in Baş Direktoru Ketrin Rassell bildirib: “Qidalı və əlçatan yeməklər hər bir uşaq üçün hüquqdur. Piylənmə uşaqların sağlamlığı və inkişafı üçün artan bir təhdiddir.”

    Hesabata əsasən, piylənmənin 2035-ci ilə qədər qlobal iqtisadiyyata illik 4 trilyon dollar xərc gətirəcəyi gözlənilir. UNICEF hökumətləri məktəb bufetlərində emal olunmuş qidaları qadağan etməyə, sağlam olmayan yemək və içkilərə əlavə vergi tətbiq etməyə və sağlam məhsullara çıxışı asanlaşdırmağa çağırır.

    #BMT #UNICEF #sağlam qida #uşaq sağlamlığı #qida təhlükəsizliyi #UNICEF uşaq hesabatı #Arıq uşaqlar #Ənənəvi qidalanma #Kök uşaqlar #Qida siyasəti #Qlobal iqtisadi təsirlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

    8 Yanvar 2026 15:52

    Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

    4 Yanvar 2026 22:41

    Çin ABŞ-dan Maduronun dərhal azad edilməsini tələb edir

    4 Yanvar 2026 12:07

    BMT TŞ Venesueladakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək

    4 Yanvar 2026 09:40

    BMT bu ay terrorla bağlı hesabat təqdim edəcək

    3 Yanvar 2026 16:39

    BMT baş katibi İsraili Qəzzada humanitar təşkilatlara tətbiq edilən qadağanı ləğv etməyə çağırıb

    3 Yanvar 2026 10:42

    Mask Somalinin BMT-dəki aimi nümayəndəsinin həbs olunmasına çağırıb

    2 Yanvar 2026 22:16

    İran ABŞ təhdidlərinə görə MAQATE-yə məktub göndərdi

    1 Yanvar 2026 13:34

    Azərbaycan və BMT arasında şəhərsalma sahəsində əməkdaşlıq müzakirə olunub

    29 Dekabr 2025 11:33

    BMT münaqişələrin həllində daha fəal olmalıdır - Tramp

    28 Dekabr 2025 20:31

    BMT Baş katibi Suriyada məsciddə törədilmiş terror aktını pisləyib

    27 Dekabr 2025 09:41

    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub

    24 Dekabr 2025 09:11
    Demo
    XƏBƏR LENTİ

    Hələbdə döyüşlərin şiddətlənməsi fonunda mülki əhali kütləvi şəkildə bölgəni tərk edir

    Bu gün Stiv Cobs iPhone-u təqdim etdi

    Tarixdə bu gün – 9 yanvar

    Rusiya və Fransa saxlanılan şəxsləri mübadilə edib

    “Həyat Teatrı” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib

    ABŞ Senatı Trampın Venesuelaya qarşı hərbi səlahiyyətlərini məhdudlaşdırmaq üçün qətnaməni irəlilədib

    Avropa İttifaqı Qrenlandiyanın təhlükəsizliyi üçün bir neçə ssenarini müzakirə edir

    Dumanlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

    Livan cümə günü qaz kəşfiyyatı üzrə saziş imzalayacaq

    UNRWA yaxın həftələrdə Türkiyədə ofis açacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.