Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Dini lügət

    Abraxas nədir?

    22 Noyabr 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Abraxas qədim qnostik mənbələrdə adı çəkilən mistik varlıqlardan biridir və həm mifoloji, həm teoloji, həm də psixoloji cərəyanlarda xüsusi yer tutur. Onun adı qədim amuletlərdə, əlyazmalarda və “abrakadabra” sözünün etimologiyasında rast gəlinir. Bəzi mənbələrdə ali tanrı, bəzilərində isə demonoloji iyerarxiyanın ən yüksək varlıqlarından biri kimi təqdim olunur.

    Gustav Davidsonun 1994-cü ildə nəşr edilmiş “A Dictionary of Angels” kitabında Abraxas qnostik teogoniyada “Ali Naməlum” kimi təsvir edilir. Onun Fars mifologiyasında 365 emanasiya, yəni 365 səmavi qatın yaradıcısı olduğu bildirilir. Adı qədim ovsun daşlarında və qoruyucu amuletlərdə saxlanılıb və bu, “abrakadabra” sözünün mənşəyi ilə əlaqələndirilir.

    Abraxas haqqında ən erkən yazılı təsvirlərdən biri Tertullianın “De praescriptione haereticorum” əsərində yer alır. Burada ikinci əsr qnostiki Basilidesin təliminə müraciət edilir. Basilidesə görə, Abraxas bütün varlıqların ən yüksək yaradıcı gücüdür. Onun tərəfindən əvvəlcə Zəka (Nous), daha sonra Kəlam, Qəza-Qədər, Fəzilət və Mərifət yaradılmışdır. Bu varlıqlardan sonradan Rəislər, Mələklər və qüvvələr ayrılmış, 365 səmavi qat formalaşdırılmışdır. Basilides dünyanı yaradanın yəhudilərin Tanrısı deyil, sadəcə mələk olduğunu iddia edir. Onun fikrincə, İsa da bədənlə deyil, ruhani şəkildə dünyaya göndərilib və çarmıxa çəkilən şəxs İsa yox, Simon olub. Buna görə də çarmıxa inanmağın mənası yoxdur, çünki bu halda insanlar Simona inam göstərmiş olurlar.

    Abraxas mövzusu XX əsrin psixologiyasında da əhəmiyyət qazanmışdır. Karl Gustav Yunq Abraxası insan şüurunun Tanrı anlayışının son mərhələsi kimi təqdim edirdi. Yunqa görə, Tanrının dərk edilməsi üç mərhələdən keçir: əvvəl Tanrı bölünməmiş vahid güc kimi qavranılır; daha sonra Tanrı və Şeytan qarşı-qarşıya qoyulur; son mərhələdə isə xeyir və şər, işıq və qaranlıq birləşərək bütöv ilahi varlıq təşkil edir. Yunq Abraxası bu kosmik bütövlüyün simvolu hesab edirdi. Onun ifadəsi ilə, Abraxas eyni anda həm həqiqəti, həm yalanı, həm xeyiri, həm şəri yaradır.

    Abraxas haqqında digər mühüm mənbələrdən biri Kollen de Plansinin 1863-cü ildə nəşr edilmiş “Dictionnaire Infernal” əsəridir. Müəllif Abraxası Şərq teogoniyalarında tanrı kimi təsvir edir. Onun adı qədim “abrakadabra” ovsun sözündə də qorunub. Qədim ənənədə bu söz üçbucaq formasında yazılır və xəstəlikləri uzaqlaşdırmaq məqsədilə boyundan asılırdı. Plansi həmçinin Abraxasın amuletlərdə çox vaxt xoruz başlı, ilan ayaqlı və əlində qamçı tutan varlıq kimi təsvir olunduğunu bildirir. Sonrakı demonoloqlar onu bəzən kral başlı və ilan ayaqlı şəkildə təsvir ediblər. Basilidian qnostiklərinə görə, Abraxasın adındakı yunan hərfləri cəmi 365 edir və bu rəqəm ilin günlərinin sayını təmsil edir.

    Abraxas beləliklə qədim mənbələrdə həm yaradıcı tanrı, həm də demonik güc kimi təqdim olunur. Qnostik ənənələrdə o, varlığın dualist mahiyyətini, xeyir və şərin vəhdətini, psixoloji bütövlüyü təmsil edir. Mifoloji təsəvvürlərdə isə zaman, taleyə nəzarət, göylərin ierarxiyası və sehrin rəmzi kimi çıxış edir. Onun adı həm qədim magiya ənənələrinin, həm də müasir ezoterizmin əsas fiqurlarından biri olaraq qalmaqdadır.

    #A Dictionary of Angels #De praescriptione haereticorum #Abraxas kimdir #qnostik tanrı #Basilides təlimi #365 səma qatı #abrakadabra sözünün mənşəyi #Dictionnaire Infernal #Carl Jung və Abraxas #demonologiya tarixi #qnostisizm #qədim ovsun sözləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Abraxas nədir?

    22 Noyabr 2025 20:00

    Adi Qranth nədir?

    16 Noyabr 2025 15:14

    Kalvinizm nədir?

    2 Noyabr 2025 18:20

    Yeni Əhd Nədir?

    13 Sentyabr 2025 15:03

    Azazel Nədir?

    30 Avqust 2025 14:28

    Müsnəd Nədir?

    9 Avqust 2025 15:52

    Aşura Nədir?

    15 İyun 2025 20:16

    Zeydilik Nədir?

    20 Aprel 2025 15:09

    Düha Namazı Nədir?

    19 Aprel 2025 15:42

    Vudu Nədir?

    5 Aprel 2025 12:42

    Fitrə zəkatı nədir?

    29 Mart 2025 12:30

    Vəhm Nədir?

    9 Mart 2025 16:50
    Demo
    XƏBƏR LENTİ

    İran Hirkan meşələrindəki yanğının söndürülməsi üçün xarici yardım istəyib

    Abraxas nədir?

    Serbiya Prezidenti Vuçiç Bosniya müharibəsində iştirakı ilə bağlı ittihamları rədd edib

    Ukraynada Rusiyanın hakimiyyətinə yer yoxdur - Zelenski

    Avropa liderləri ABŞ-ın Ukrayna planına qarşı alternativ sülh təşəbbüslərini müzakirə ediblər

    İsrail Livana qarşı hava hücumlarını davam etdirir

    Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv edib

    İsrail atəşkəsi sistematik şəkildə pozur, vasitəçilər və ABŞ dərhal müdaxilə etməlidir - HƏMAS

    "Fənərbaxça" Super Liqa matçına itkilərlə çıxacaq

    Yaponiya Tayvana silahlı müdaxilə etsə, özünümüdafiə hüququmuzdan istifadə edəcəyik - Çinin BMT-dəki nümayəndəsi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.