Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Maduro, Nobel laureatı Maçadonu “şeytan və sehrbaz” adlandırdı

    13 Oktyabr 2025 10:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Venesuela Prezidenti Nikolas Maduro müxalifət lideri Mariya Korina Maçadonu “şeytan və sehrbaz” adlandırıb. Açıqlama, Maçadonun Nobel Sülh Mükafatı ilə təltif edilməsindən iki gün sonra səslənib.

    AzerVoice xəbər verir ki, Nobel Komitəsi 58 yaşlı Maçadonu “Venesuelada diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda mübarizəsinə görə” mükafatlandırmışdı. Lakin Maduro çıxışında onun adını çəkmədən, “xalqın 90 faizi bu şeytani sehrbaza qarşıdır” deyərək Maçadonu xarici müdaxiləyə çağırış etməkdə ittiham edib.

    ABŞ administrasiyası uzun illərdir Maduro hökumətinə qarşı çıxır. Donald Tramp dövründə Vaşinqton Karib dənizində, Venesuela sahillərinə yaxın ərazidə hərbi donanma yerləşdirmişdi. Rəsmi Karakas isə Maçadonu tez-tez “La Sayona” - Venesuela folklorunda intiqamçı ruh kimi tanınan qadın obrazı — adlandırır.

    Maduro “Amerikanın kəşfi”nin ildönümünə həsr olunmuş tədbirdə çıxış edərək bildirib ki, “biz sülh istəyirik və sülh içində yaşayacağıq, lakin azadlıq və suverenliklə”.

    Maçado isə ABŞ-ın bölgədəki hərbi təlimlərini dəstəkləyib və Nobel mükafatını “əzab çəkən Venesuela xalqına” həsr etdiyini açıqlayıb. O, “Fox News”a müsahibəsində ABŞ Prezidenti Donald Trampı da tərifləyərək, onun “bir neçə ay ərzində səkkiz müharibəni dayandırdığını və Venesuelanın azadlığa yaxınlaşmasında həlledici rol oynadığını” deyib.

    #Nikolas Maduro #Nobel Sülh Mükafatı #Nobel Sülh Mükafatı namizədləri #Nikolas Maduro çıxışı #Maduro çağırışı #Nikolas Maduro və ABŞ #Maria Korina Maçado
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Konqresində Venesuela üçün yeni lider olaraq Maçado seçildi

    21 Yanvar 2026 11:29

    Venesuelanın müvəqqəti dövlət başçısı neft gəlirlərinin səhiyyə və infrastruktur fondlarına köçürüləcəyini açıqlayıb

    16 Yanvar 2026 10:38

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    İran ABŞ-ın hegemonluğuna boyun əyməyəcək - SEPAH rəsmisi

    6 Yanvar 2026 13:58

    Venesuela müxalifət lideri Maria Korina Maçado ölkəyə qayıdacağını bəyan edib

    6 Yanvar 2026 13:33

    Venesuela XİN rəhbəri ABŞ-ın hərbi təcavüzünü qınadığına görə İrana təşəkkür edib

    6 Yanvar 2026 12:02

    İsveçrə, Maduro və bağlantılıların varlıqlarını dondurub

    5 Yanvar 2026 17:30

    Maduro helikopterlə Manhetten məhkəməsinə aparılıb

    5 Yanvar 2026 16:59

    Kolumbiya suverenliyi heç bir xarici təhdidlə sarsıdıla bilməz - Kolumbiya lideri

    5 Yanvar 2026 16:25

    Maduro bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq

    5 Yanvar 2026 09:53

    Tramp Meksika və Kolumbiya ilə bağlı sərt bəyanatlar verdi

    5 Yanvar 2026 09:16

    ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinə etiraz olaraq Ağ Ev qarşısında aksiya keçirilib

    4 Yanvar 2026 20:17
    Demo
    XƏBƏR LENTİ

    Vaşinqton Livanda üçtərəfli komitə modelinin yaradılması üçün israr edir

    Karninin ABŞ-ı tənqidindən sonra Tramp Kanadanı “Sülh Şurası”ndan kənarlaşdırıb

    Bu gün Uinston Çörçill vəfat etdi

    Tarixdə bu gün - 24 yanvar

    Nazirliyin süni intellekt layihələri beynəlxalq “GovMesh Horizons” hesabatına daxil edilib

    Türkiyənin Baş Qərargah rəisi ABŞ və bir sıra ölkələrin baş qərargah rəisləri ilə görüşüb

    Xameneinin gizli qalxanı: Beyt-i Rəhbəri və SEPAH-ın əvəzolunmaz rolu nədən ibarətdir

    ABŞ İran neftini daşıyan gəmilərə və şirkətlərə sanksiyalar tətbiq edib

    İspaniya Trampın “Sülh Şurası” təşəbbüsünü rədd edib

    Ərdoğan İstanbulda beş Balkan ölkəsinin xarici işlər nazirlərini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.