Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Vaşinqton Livanda üçtərəfli komitə modelinin yaradılması üçün israr edir

    24 Yanvar 2026 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ administrasiyasının Livanın cənubunda təhlükəsizlik və siyasi proseslərə nəzarət edən mövcud «mexanizm»in ləğv edilərək onun əvəzində Livan, İsrail və ABŞ-dan ibarət üçtərəfli komitənin yaradılmasında israr etməsi Beyrutda ciddi narahatlıq doğurub.

    AzerVoice xəbər verir ki, Vaşinqtonun bu təşəbbüsü Fransa və Birləşmiş Millətlər Təşkilatının mandatı ilə fəaliyyət göstərən BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) prosesdən kənarlaşdırılmasını nəzərdə tutur. Bu isə ABŞ–Fransa birgə himayəsi ilə əldə olunmuş və yalnız Livan tərəfi tərəfindən icra edildiyi bildirilən atəşkəs razılaşmasının gələcəyini sual altına salır.

    Məlumata görə, ABŞ səfiri vasitəsilə Livan rəhbərliyinə çatdırılan təklif «mexanizm»in fəaliyyətsizliyi ilə əsaslandırılır və tərəflərin təmsilçilik səviyyəsinin artırılması adı altında yeni üçtərəfli formatın yaradılması təklif olunur. Bu yanaşmanın məqsədinin Livanı İsraillə birbaşa danışıqlara cəlb etmək və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi çərçivəsində UNIFIL-in rolunu zəiflətmək olduğu bildirilir.

    Məsələ ilə bağlı Livanda prezident Cozef Aun, parlament sədri Nəbih Berri və baş nazir Nəvvaf Salamın iştirakı ilə fövqəladə toplantının keçirilməsi planlaşdırılır. Toplantıda ABŞ-ın mövqeyinə qarşı vahid siyasi xəttin formalaşdırılması əsas müzakirə mövzusu olacaq.

    Mənbələr bildirir ki, Vaşinqtonun UNIFIL-ə qarşı sərt mövqeyi, bəzi amerikalı diplomatların sülhməramlı qüvvələri «Hizbullah»ın fəaliyyətinə göz yummaqda ittiham etməsi və Fransanın proseslərdə rolunun azaldılması cəhdləri Paris–Vaşinqton xəttində də ciddi siyasi uyğunsuzluğun yarandığını göstərir.

    Analitiklər hesab edirlər ki, ABŞ-ın bu addımı Livanı silahların yalnız dövlətin nəzarətində olması məsələsində daha sərt qərarlara məcbur etmək üçün siyasi təzyiq mexanizmi kimi istifadə olunur. Eyni zamanda İsrailin razılaşmalara hərbi təzyiq yolu ilə üstünlük qazandırmaq istədiyi də istisna edilmir.

    #ABŞ Livan üçün üçtərəfli komitə modelində israr edir #Vaşinqton UNIFIL-i kənarlaşdırmaq istəyir – Beyrutdan etiraz #Livan cənubunda yeni diplomatik böhran riski #ABŞ–Fransa xəttində Livan üzrə gərginlik artır #Vaşinqton mexanizmi ləğv edib yeni format təklif edir #Livan İsraillə birbaşa danışıqlara təzyiq altındadır #ABD Lübnan için üçlü komite modelini dayatıyor #Washington UNIFIL’i devre dışı bırakmak istiyor #Lübnan’da ABD planına karşı siyasi alarm #ABD-Fransa hattında Lübnan gerilimi #Lübnan İsrail’le doğrudan müzakereye zorlanıyor #Güney Lübnan’da yeni diplomatik kriz
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Britaniya şəhzadəsi Səudiyyə Ərəbistanına səfər edib

    9 Fevral 2026 23:13

    "Əl-Camaa əl-İslamiyyə" partiyası rəhbəri İsrail xüsusi təyyinatlıları tərəfindən qaçırılıb

    9 Fevral 2026 22:32

    İsraildə fələstinli məhbuslar üçün edam hazırlığı: Xüsusi kameralar tikilir

    9 Fevral 2026 15:55

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Küveyt Livanın səkkiz xəstəxanasını terror siyahısına salıb

    9 Fevral 2026 10:14
    XƏBƏR LENTİ

    Çin Venesuela neftinin idxalını bərpa edib

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.