BAKI, AzerVoice
Böyük Britaniyanın hava nəqliyyatı sektorunda radar sistemindəki nasazlıq səbəbilə genişmiqyaslı problem yaşanıb.
AzerVoice xəbər verir ki, "Sky News" kanalının məlumatına görə, paytaxt aeroportları olan Hitrou, Qatvik və Siti hava limanlarından təyyarələrin uçuşları dayandırılıb. Həmçinin Edinburq şəhərindən uçuşlar təxirə salınıb.
Ölkənin hava nəqliyyatına nəzarət edən NATS şirkəti texniki nasazlığın baş verdiyini təsdiqləyib, lakin problemin artıq aradan qaldırıldığını bildirib.
"Mühəndislərimiz bu gün günorta saatlarında zədələnmiş sistemi bərpa etdilər. Hazırda London regionunda normal fəaliyyətin bərpasına başlamışıq. Aviaşirkətlər və hava limanları ilə sıx əməkdaşlıq edərək pozuntuları mihava məkanınimuma endirməyə çalışırıq" – deyə, şirkətin yaydığı bəyanatda qeyd olunub.
Qeyd edək ki, gecikmələr yüz minlərlə sərnişinə təsir edə bilər. "Cirium" analitik şirkətinin məlumatına görə, 30 iyul tarixində Böyük Britaniya hava limanlarından ümumilikdə 3 080 uçuş (təxminən 577 min sərnişin yeri) planlaşdırılıb və 3 090 uçuşun qəbulu (təxminən 579 min sərnişin yeri) nəzərdə tutulub.