Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    BMT İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumları pisləyib

    30 İyul 2025 18:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub.

    AzerVoice xəbər verir ki, bəyanata Türkiyə, Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.

    Bəyanatda İsrailin Qəzzadakı mülki şəxslərə və infrastruktur obyektlərinə hücumları sərt şəkildə pislənib və bu hücumların dağıdıcı humanitar fəlakətə səbəb olduğu vurğulanıb.

    Bəyanatda həmçinin, Qəzzadakı mülki əhalinin zorla köçürülməsi də daxil olmaqla, hər cür ərazi və ya demoqrafik dəyişikliklərə səbəb olan tədbirlər rədd edilib. İsrail-Fələstin münaqişəsinin həll yolu və iki dövlətli həllin tətbiqi, hər iki xalqın beynəlxalq hüquqa uyğun legitim tələblərinin yerinə yetirilməsinin yeganə yoludur. Bəyanatda zorakılığın, qeyri-dövlət aktorlarının sabitliyi pozan fəaliyyətlərinin və terrorun qarşısının alınması, həmçinin iki xalqın təhlükəsizliyi və dövlətlərinin suverenliyinin qorunması vurğulanıb. Bütün bunların regionda sülhün, rifahın və inteqrasiyanın təşviqi üçün ən uyğun yol olduğu qeyd edilib.

    Bəyanatda Qəzzada müharibənin dərhal dayandırılması və İsrail qüvvələrinin tam şəkildə geri çəkilməsi tələb olunub. 1967-ci il sərhədləri əsasında, o cümlədən Qüds daxil olmaqla, Fələstin və İsrailin yanaşı, demokratik və suveren dövlətlər kimi sülh və təhlükəsizlik içində yaşaması prinsipinə tam dəstək ifadə olunub. Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun dəstəkləndiyi və Fələstin dövlətinin BMT-yə tam üzvlüyünün münaqişənin siyasi həllinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanıb.

    İclasda Türkiyə rəsmiləri tərəfindən verilən şərhdə bildirilib ki, onilliklərdir davam edən İsrail təcrübələri nəzərə alındıqda, Fələstinli silahlı qrupların silahı buraxması yalnız müstəqil və suveren Fələstin dövlətinin 1967-ci il sərhədləri əsasında və paytaxtı Şərqi Qüds olmaqla qurulması ilə mümkündür. Həmçinin bu, Fələstinli qruplar arasında razılaşma ilə də formalaşa bilər.

    Bundan əlavə, Qəzzada müvəqqəti fəaliyyət göstərəcək Keçid Dövrü İdarə Komitəsinin yaradılması, BMT-nin himayəsi altında və Təhlükəsizlik Şurasının mandatı ilə, mülki əhalinin qorunması, atəşkəsin təmin edilməsi, Fələstin idarəçiliyinin yenidən bərpası və Fələstin təhlükəsizlik qüvvələrinə dəstəyin verilməsi məqsədilə beynəlxalq sabitlik missiyasının yerləşdirilməsi təklif edilib.

    Qeyd edək ki, Fələstin BMT-nin 148 üzv dövləti tərəfindən tanınıb. 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir. “İki dövlət – iki xalq üçün” prinsipi 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur.

    #Türkiyə #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #BMT #Səudiyyə Ərəbistanı #Kanada #Meksika #Fransa #Böyük Britaniya #Avropa İttifaqı #Misir #Qətər #İtaliya #İspaniya #Ərəb Liqası #Yaponiya #Braziliya #Norveç #İndoneziya #İordaniya #Seneqal #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #İki dövlətli həll planı #İki dövlətli həll #Fələstin-İsrail iki dövlətli həll #HƏMAS və iki dövlətli həll #İki dövlətli həll təklifi #İki dövlətli həll təşəbbüsü #Ərdoğanın iki dövlətli həll təklifi və davamlı sülh çağırışı #İki dövlətli həll ideyasının beynəlxalq səviyyədə dəstəklənməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ilə Liviya arasında ikitərəfli münasibətlər və regional məsələlər danışılıb

    7 Noyabr 2025 14:10

    İndoneziyada məsciddə partlayış baş verib

    7 Noyabr 2025 13:26

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    İran Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı hərbi təcavüzünü qınayıb

    7 Noyabr 2025 11:49

    Türkiyə, Suriya rəsmilərinə tətbiq olunan sanksiyaların ləğvini alqışlayıb

    7 Noyabr 2025 10:53

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    Səudiyyə Ərəbistanına məxsus təyyarədə bomba xəbərdarlığı panikaya səbəb oldu

    7 Noyabr 2025 09:47

    Beynəlxalq sabitlik qüvvələri çox yaxın vaxtda Qəzzəyə yerləşdiriləcək - Tramp

    7 Noyabr 2025 07:15

    BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib

    7 Noyabr 2025 06:58

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    6 Noyabr 2025 16:51
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə ilə Liviya arasında ikitərəfli münasibətlər və regional məsələlər danışılıb

    Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

    Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib

    İndoneziyada məsciddə partlayış baş verib

    Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı 444 milyon dolları keçib (ÖZƏL)

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    Pakistanın baş naziri Şahbaz Şərif Zəfər paradında iştirak edəcək

    İran Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı hərbi təcavüzünü qınayıb

    Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.