Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ Ukrayna barədə Rusiya ilə razılaşma əldə edə bilər - Tramp

    28 İyul 2025 18:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Prezidenti Donald Tramp, Ukrayna ilə bağlı Rusiya ilə razılaşma ehtimalını nəzərdən keçirdiyini bildirib və yaxın vaxtlarda münaqişənin həll olunmaması halında Rusiyanı ikinci dərəcəli sanksiyalar və gömrük rüsumları tətbiq etməklə hədələyib.

    AzerVoice xəbər verir ki, bu barədə Tramp, Şotlandiyanın Turnberri şəhərində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

    “Əgər razılıq əldə edə bilməsək, ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyik. Amma biz razılaşma əldə edə bilərik, bilmirəm” - deyə, Tramp qeyd edib.

    Trampın sözlərinə görə, o, Rusiya və ABŞ arasında Ukrayna üzrə razılığın əldə olunması üçün verilən müddəti 10-12 günə endirmək niyyətindədir və bu qərarını bu axşam və ya sabah açıqlayacaq.

    “Mən bunu Rusiyaya qarşı etmək istəmirəm, rusları sevirəm, onlar möhtəşəm insanlardır” – deyə, o bildirib.

    Qeyd edək ki, Tramp iyul ayının əvvəlində bəyan etmişdi ki, əgər Moskva 50 gün ərzində Kiyevlə sülh sazişi imzalamağa razılaşmazsa, Vaşinqton Rusiya neftinin alıcılarına qarşı 100 faizlik ikinci dərəcəli rüsumlar və digər sanksiyalar tətbiq edə bilər.

    #neft #Rusiya #ABŞ #Moskva #Böyük Britaniya #Donald Tramp #Ukrayna #Şotlandiya #Vaşinqton #Kir Starmer #sülh danışıqları #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiyanın Ukrayna ilə müharibəsi 2025 #Tramp Starmer Rusiya Ukrayna müzakirəsi #razılaşma #Ukrayna–Rusiya əsir mübadiləsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya-Ukrayna müharibəsinin tez başa çatmasını istəyirik - Ceyhun Bayramov

    26 Dekabr 2025 17:31

    Tramp və Zelenski 28 Dekabrda Floridada sülh planını müzakirə edəcək

    26 Dekabr 2025 17:26

    Rusiya tərəfindən AZAL təyyarəsinin zədələnməsi ilə bağlı təqdim olunan məlumatlar Azərbaycanı ciddi təəccübləndirib - Nazir

    26 Dekabr 2025 17:12

    Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib - XİN rəhbəri

    26 Dekabr 2025 16:27

    “Rus evi” uzun müddət ərzində Azərbaycanda qeydiyyatı olmadan fəaliyyət göstərib - Ceyhun Bayramov

    26 Dekabr 2025 15:58

    TRIPP layihəsi regional iqtisadi inteqrasiyanı təmin edəcək - Ceyhun Bayramov

    26 Dekabr 2025 15:42

    Zelenski ABŞ Prezidenti Trampla görüşmək üçün razılıq əldə etdiklərini açıqlayıb

    26 Dekabr 2025 13:01

    Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələnin açılacağına ümid edirik - Fərid Şəfiyev

    26 Dekabr 2025 11:46

    ABŞ Nigeriyada İŞİD hədəflərinə zərbə endirib

    26 Dekabr 2025 11:23

    Çin ABŞ-ni Çin–Hindistan münasibətlərini pozmağa çalışmaqda ittiham edib

    25 Dekabr 2025 16:47

    ABŞ Prezidenti Donald Tramp Demokratları sərt tənqid edərək bayram təbrikləri göndərib

    25 Dekabr 2025 11:29

    Bacım təyyarə qəzasında qəhrəmanlıq nümayiş etdirdi - Hökümə Əliyevanın qardaşı

    25 Dekabr 2025 10:11
    Demo
    XƏBƏR LENTİ

    İsrailin Somalilandı tanımasından sonra Türkiyə regional diplomatik təmaslara başlayıb

    İsrail Somalilandı müstəqil dövlət kimi tanıdığını elan edib

    Bu gün sovet ordusu Əfqanıstanda hakimiyyəti ələ keçirdi

    Tarixdə bu gün – 27 Dekabr

    Bayramlarla əlaqədar Bakı metropolitenində iş saatı uzadılacaq

    Retro vaqonlar yenidən İçərişəhərdə nümayiş etdiriləcək

    Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub

    Mədəniyyət naziri Adil Kərimli akademik Nailə Vəlixanlını yubileyi münasibətilə ziyarət edib

    Yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib

    Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.