Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    "Avropa üçlüyü" İsrailə çağırış edib

    25 İyul 2025 22:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    "Avropa üçlüyü"nün (İngiltərə, Fransa və Almaniya) liderləri Qəzza zolağında mülki əhaliyə humanitar yardımın gecikmədən çatdırılmalı olduğunu bildirərək İsrailə çağırış ediblər.

    AzerVoice xəbər verir ki, bu barədə üç ölkənin yaydığı birgə bəyanatda deyilir.

    “Mülki əhaliyə əsas humanitar yardımın çatdırılmaması qəbuledilməzdir. İsrail hökumətini yardım axınına qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa, BMT və qeyri-hökumət təşkilatlarının öz vəzifələrini yerinə yetirməsi üçün Qəzzaya girişinə icazə verməyə çağırırıq” - deyə, bəyanatda qeyd olunub.

    Ölkələr həmçinin, İordan çayının qərb sahili və Qəzza zolağındakı vəziyyətdən narahat olduqlarını bildiriblər.

    “Qəzzada müharibə sona çatmalıdır. Bütün tərəfləri dərhal qarşıdurmalara son qoymağa çağırırıq” - deyə, bəyanatda bildirilib. Eyni zamanda, bütün əsirlərin azad olunması tələb edilib.

    Bəyanatda həmçinin, HƏMAS-ın tərksilah olunmasının zəruriliyi vurğulanıb.

    “HƏMAS-ın silahı yerə qoyması və Qəzzanın gələcəyində rol almaması zəruridir. ABŞ, Qətər və Misirin həyata keçirdiyi diplomatik səylərə dəstəyimizi bir daha ifadə edirik” - deyə, bəyanatda qeyd olunub.

    Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri davam edən hücumları, intensiv bombardmanlar və blokada nəticəsində Qəzzada ağır humanitar fəlakət yaşanır. Beynəlxalq ictimaiyyətin və BMT-nin atəşkəs çağırışlarına baxmayaraq, vəziyyət pisləşməkdədir.

    #Qəzza #İsrail #Almaniya #Qəzza zolağı #ABŞ #Fransa #Böyük Britaniya #Misir #Qətər #HƏMAS #humanitar yardım #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza humanitar böhranı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    16 Fevral 2026 10:02

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    15 Fevral 2026 16:00

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    15 Fevral 2026 14:00

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    15 Fevral 2026 13:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.