BAKI, AzerVoice
İranın xarici işlər naziri Abbas Ərakçi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci sammiti ərəfəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə qısa görüş keçirib.
AzerVoice-un məlumatına görə, Ərakçi Pekinə Çin Xarici İşlər Naziri Vanq İnin dəvəti ilə rəsmi səfər edib.
Görüş zamanı İranlı nazir Si Cinpinlə qısa ikitərəfli müzakirə aparıb və ardınca ŞƏT Xarici İşlər Nazirləri Şurasının birgə iclasına qatılıb.
Pekində İran nümayəndə heyətinə rəhbərlik edən Ərakçi sammit çərçivəsində Çinli həmkarı Vanq İ, eləcə də digər iştirakçı ölkələrin xarici siyasət rəhbərləri ilə də ayrıca görüşlər keçirəcək. Diplomatın regionda və qlobal miqyasda baş verən son inkişaflar fonunda İranın rəsmi mövqeyini açıqlayacağı bildirilir.
Ərakçinin Pekində keçirdiyi görüşlərin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.