Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Türkiyə Ukrayna məsələsində vacib rol oynayır - Rusiya

    28 İyul 2025 14:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə minnətdarlıq bildirib. O, Ankaranın həm Rusiya, həm də Ukrayna tərəfindən müsbət qarşılandığını vurğulayıb.

    AzerVoice xəbər verir ki, Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov bildirib ki, Rusiya Türkiyənin vasitəçiliyini yüksək qiymətləndirir.

    "Türkiyə hər iki tərəfin xoşuna gələn vasitəçidir. Ankara və Türkiyə rəhbərliyinə, müzakirələrin aparılması üçün yaratdığı şəraitə görə minnətdarıq", – deyə Peskov qeyd edib.

    O, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Çin səfəri çərçivəsində görüşəcəyi barədə yayılan iddialara da münasibət bildirib. Peskov qeyd edib ki, Putinin sentyabrda Çinə səfəri planlaşdırılır, lakin Tramp ilə görüş üçün hər hansı rəsmi hazırlıq yoxdur.

    "Əgər Tramp da həmin dövrdə Çini ziyarət etsə, görüş ehtimalı istisna edilmir, lakin bunun üçün əvvəlcə ekspert səviyyəsində hazırlıqlar aparılmalıdır," – deyə Kremlin sözçüsü əlavə edib.

    Peskov həmçinin xatırladıb ki, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar daha əvvəl Türkiyənin vasitəçiliyi ilə təşkil olunub. O, Moskvanın danışıqları davam etdirməyə hazır olduğunu və üçüncü mərhələdə onlayn formatda üç işçi qrupun yaradılmasını təklif etdiklərini bildirib. Bu təklifə Ukrayna tərəfindən cavab gözlənilir.

    Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların üçüncü raundu başa çatıb.

    Görüş İstanbulda, Çırağan sarayında yerli vaxtla saat 20:27-də (Bakı vaxtı ilə saat 21:37) başlayıb və təxminən 40 dəqiqə davam edib.

    Danışıqların yekununa əsasən, tərəflər yalnız hərbi əsirlərlə deyil, həm də mülki şəxslərlə qarşılıqlı mübadilə aparacaqlar.

    Həmçinin bildirilib ki, tərəflər arasında danışıqların növbəti raundu keçirilməyəcək.

    Ukrayna nümayəndə heyətini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov təmsil edir. Rusiya tərəfinə isə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

    Görüş başlamazdan əvvəl Medinski Umerov Çırağan sarayında təkbətək görüş keçiriblər.

    Danışıqların yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00-da) başlanması planlaşdırılmışdı. Lakin geniş tərkibli görüş faktiki olaraq təxminən bir saat gec başlayıb.

    Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

    #İstanbul #Rusiya #ABŞ #Moskva #Ankara #Donald Tramp #Ukrayna #Çin #Dmitri Peskov #ABŞ Dövlət Departamenti #Rusiya-Ukrayna münaqişəsi #Trampın siyasətləri #Trampın fərmanları #Trampın iddiaları #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiya Ukrayna danışıqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TRT World Forum 2025-də iştirak edib

    6 Noyabr 2025 16:51

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    6 Noyabr 2025 12:04

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    Tramp deyir ki,Məmdani ağıllı olsun

    6 Noyabr 2025 08:55

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İranın BMT-dəki daimi nümayəndəsi Trampın nüvə açıqlamalarına görə xəbərdarlıq edib

    5 Noyabr 2025 12:03

    İşğaldan sonra ilk yük qatarı Azərbaycandan keçməklə Ermənistana gedib

    4 Noyabr 2025 19:18
    Demo
    XƏBƏR LENTİ

    Sudanda atəşkəs elan edildi

    Bu gün ABŞ siyasətində iki Afrika əsilli amerikalı ilkə imza atdı

    Tarixdə bu gün - 7 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

    İslamabad Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

    Prezident İlham Əliyev: Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Məhkəmədə Arayik Harutyunla, Levon Mnatsakanyanla, Bako Sahakyanla, David Manukyanla və Arkadi Qukasyanla bağlı sübutlar elan olunub

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.