Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə MTŞ-nin iclasında Qəzzadakı müharibə və digər məsələlər müzakirə olunub

    30 İyul 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında ölkə və region gündəmini əhatə edən bir sıra önəmli məsələlər müzakirə olunub.

    AzerVoice-un məlumatına görə, iclasda ilk olaraq, PKK, YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, Türkiyənin milli birliyi və ərazi bütövlüyünü hədəf alan bütün təhdidlərə qarşı həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən mübarizə tədbirləri barədə Şura üzvlərinə ətraflı məlumat verilib. Bu çərçivədə, terrora qarşı iradənin dəyişməz olduğu və əməliyyatların qətiyyətlə davam etdiyi vurğulanıb.

    İclasda həmçinin, “Terrorsuz Türkiyə” hədəfinə doğru atılan addımlar dəyərləndirilib, bu istiqamətdə əldə edilən irəliləyişlər və gələcəyə dair strategiyalar müzakirə olunub. Bildirilib ki, terrorun kökündən təmizlənməsi ilə birlikdə, xalq arasında qardaşlıq bağları daha da möhkəmlənəcək və ölkənin milli hədəflərinə doğru daha sürətli irəliləyiş mümkün olacaq.

    İclasda FETÖ terror təşkilatına qarşı mübarizədə əldə olunan nəticələr və qarşıdakı mərhələdə atılacaq addımlar da nəzərdən keçirilib.

    Gündəmdə Suriya məsələsi də yer alıb. Regiondakı proseslərin təsirləri də nəzərə alınaraq, Suriya ilə bağlı son inkişaflar ətraflı təhlil olunub. Türkiyə, Suriya hökumətinin ölkədə birliyi, sabitliyi və ərazi bütövlüyünü təmin etmək üçün atdığı addımları dəstəklədiyini bir daha bəyan edib. Eyni zamanda, ölkənin yenidən zorakılıq və xaosa sürüklənməsinə yönəlmiş istənilən işğal və bölücü fəaliyyətlərin qarşısının alınmasının prioritet məsələ olduğu xüsusi olaraq vurğulanıb.

    İclasda İsrailin İrana hücumu ilə başlayan regional gərginlik də qiymətləndirilib. Qeyd olunub ki, onsuz da həssas durumda olan Yaxın Şərqdə yeni qarşıdurmalara və münaqişələrə yol verilməməlidir. İsrailin beynəlxalq hüququ pozaraq Fələstin, Suriya, Yəmən və İranı hədəf alması, eyni zamanda Qəzzada davam edən soyqırım və insanlıq əleyhinə cinayətlərin bölgəni fəlakətə sürüklədiyi vurğulanıb.

    Son olaraq Türkiyənin Rusiya–Ukrayna müharibəsində davamlı sülhün təmin olunması üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və hər cür töhfə verməyə hazır olduğu bir daha diqqətə çatdırılıb.

    Qeyd edək ki, Milli Təhlükəsizlik Şurasının əvvəlki iclası mayın 22-də baş tutmuşdu.

    #Türkiyə #Qəzza #Rəcəb Tayyib Ərdoğan #İran #PKK #Fələstin #Qəzza zolağı #Türkiyə Milli Təhlükəsizlik Şurası #Yəmən #YPG #FETÖ #Suriya #İŞİD terror təşkilatı #terror #iclas #Qəzza hücumu #İsrail və İran gərginliyi #Qəzza münaqişəsi #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Qəzza müharibəsi #Rusiya-Ukrayna müharibəsi #İsrail və İran münasibətləri #terrorsuz Türkiyə #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Küveytdə rəsmi mərasimlə qarşılanıb

    21 Oktyabr 2025 15:48

    İsrailin hücumlarında 20 mindən çox fələstinli şagird həlak olub

    21 Oktyabr 2025 15:12

    Şimali Kipr Türkiyəyə birləşməlidir - Bahçelidən çağırış

    21 Oktyabr 2025 14:17

    Atəşkəsdən bəri Qəzza zolağına cəmi 986 humanitar yardım maşını daxil olub

    21 Oktyabr 2025 12:58

    Qəzzada baş verənlər soyqırımdır - Qətər Əmiri

    21 Oktyabr 2025 12:49

    Xameneyi deyir ki, “... Bəs nüvə obyektlərimiz məhv edilməyib”

    21 Oktyabr 2025 10:53

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    21 Oktyabr 2025 10:13

    Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    21 Oktyabr 2025 09:35

    İsrail atəşkəs sazişini pozmaqda ardıcıl siyasət yürüdür - HƏMAS

    20 Oktyabr 2025 22:27

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzada hücumlarını davam etdirir

    20 Oktyabr 2025 17:32

    KIZILELMA ilə yeni mərhələ - silah sistemlərində tam müstəqillik dövrü başlayır

    20 Oktyabr 2025 16:33

    İsrail və HƏMAS Qəzzadaki atəşkəs razılaşmasına əməl etməlidir - Misir

    20 Oktyabr 2025 16:27
    Demo
    XƏBƏR LENTİ

    DQİDK Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirib

    Ərdoğan Küveytdə rəsmi mərasimlə qarşılanıb

    Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır - Qazaxıstan Prezidenti

    Kırşehirdə Türk Dünyası Akademiyasında ortaq dəyərlər müzakirə edilib

    Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir - Prezident Tokayev

    İsrailin hücumlarında 20 mindən çox fələstinli şagird həlak olub

    Türkiyənin Kocaeli limanı 52 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Bakıda “Cəbhədən Fotolarla Çanaqqala Döyüşləri” adlı sərgi və panel keçiriləcək

    Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər

    Şimali Kipr Türkiyəyə birləşməlidir - Bahçelidən çağırış

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.