BAKI, AzerVoice
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” İrlandiyanın “Şelburn” klubu üzərində 1:0 hesablı qələbə qazanıb.
AzerVoice xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.
Qolu rəqibin heyətində öz qapısına Con Martin göndərib.
68-ci dəqiqədə Kadi Borges penaltini qola çevirə bilməyib.
Beləliklə "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, "Qarabağ" ilk oyunda "Şelburn" üzərində 3:0 hesablı qalibiyyət əldə etmişdi.